"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənov: “Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”

22 Sentyabr 2016 - 21:08
in MANŞET
FacebookVatsap
Фото Ağ Yol.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müsahibəsini təqim edirik.
– Əli müəllim, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatını açıqlayıb. Hesabata münasibətiniz necədir?
– Qeyd etməliyəm ki, Azərbaycan müxtəlif beynəlxalq və xarici qeyri-hökumət təşkilatları ilə daim fəal əməkdaşlıq edir və bu sahədə yaxşı təcrübə toplanılmışdır. Ayrı-ayrı vaxtlarda onların ölkəmizdə bu və ya digər sahələrlə bağlı hazırladıqları və yaydıqları hesabatlara münasibət də fərqli olmuşdur. Obyektiv, mahiyyət etibarı ilə reallığı əks etdirən hesabatlar həmişə həmin qurumlarla müzakirə edilmiş və nöqsanların müəyyən olunduğu halda, onların aradan qaldırılması ilə bağlı real addımlar atılmışdır. Lakin Azərbaycan heç vaxt subyektiv mülahizələrdən ibarət, qərəzli və qeyri-ciddi iddialara əsaslanan sənədləri qəbul etməmiş və bu gün də öz prinsipial mövqeyində qalır.
Qeyd edim ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır. Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “heabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür.
İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır. Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan etmişdir. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir. Burada söhbət mandatla müəyyən olunmuş səlahiyyətlərdən deyil, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar vəziyyətin ümumi duruma mənfi təsirindən gedir ki, bu məqam da beynəlxalq hüquq məsələləri ilə məşğul olan hər bir şəxsin, xüsusilə də BMT-nin məruzəçi missiyasını yerinə yetirən rəsmi nümayəndənin diqqətində olmalıdır.
Düşünürəm ki, cənab Forst Ermənistanla bağlı analoji hesabatında bu ölkədəki vəziyyəti az qala İsveçrə, Almaniya və ya Fransa ilə bir səviyyəyə çatdırmağa cəhd göstərəcəkdir. Ermənistanda insan hüquqlarının total şəkildə pozulması, QHT-lərə təzyiqlər və digər bu kimi məsələlərin o hesabatda əksini tapacağı şübhə doğurur.
Xüsusi məruzəçi bir çox məsələlərdə olduğu kimi, hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol vermişdir. Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşmüşdür. Həmin QHT-lərin hesabatlarında isə adətən hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir. O ki qaldı QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklərlə bağlı iradlara, qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığın təmin olunması ilk növbədə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin marağında olmalıdır.
Həbslər məsələsinə gəldikdə, cənab Forstun mülahizələri onu deməyə əsas verir ki, o, cinayətlərin xarakteri və cinayət materialları ilə ümumiyyətlə tanış olmamışdır. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində “internetdəki fikirlərinə görə cinayət işi açılıb” ifadəsini işlətməzdi. Bu, ən azından peşəkarlıq məsələsidir. Həmçinin, cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur.
Bütün bunlara görə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir.
– Siz bu hesabatın həm də sifarişli olduğunu qeyd etdiniz. Buna səbəb nədir?
– Bilirsiniz ki, Azərbaycan demokratik, hüquqi dövlətdir, ölkədə bütün məsələlər qanun çərçivəsində tənzimlənir, hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında tarazlılığı təmin edir. Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunmuşdur. Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcəkdir. Konstitusiya islahatları son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir.
Artıq bəzi xarici dairələrin davranışı onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər. Təsadüfi deyil ki, aprelin 20-də Avropa Şurasının Venesiya Komissiyası referendumla bağlı öz qərəzli rəyini açıqladı. Adətən Venesiya Komissiyası tez-tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulmuş və AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılmışdır. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilmişdir. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi hesabat açıqlayaraq Azərbaycanı hədəfə götürmüş və ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində başqa təşkilatlar və məlum xarici QHT şəbəkəsi hansısa bəyanatlar versinlər və hesabatlar açıqlasınlar.
Hesab edirəm ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır. Düşünmürəm ki, bu cəhdlər hansısa səmərə versin.
Azərbaycan hakimiyyəti xalqın maraqlarından çıxış edir, onun qarşısında məsuliyyət daşıyır və öz siyasətini davamlı inkişaf, sosial rifah, dövlətçiliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, problemlərin milli maraqlar çərçivəsində həlli və digər bu kimi meyarlar üzərində qurur. Azərbaycan xalqı da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəkləyir və öz liderinin arxasınca gedir. Buna görə də Azərbaycanı düzgün inkişaf yolundan çəkindirməyə hesablanmış bütün cəhdlər iflasa məhkumdur.

Bunu da oxuyun

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Previous Post

Əli Həsənov: “Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”

Next Post

Roma Olimpiya Oyunlarından imtina etdi

Bənzər yazılar

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17

Almaniyanın Osnabrük şəhərindəki "Volkswagen" zavodunun müdafiə sənayesi istehsalat sahəsinə çevrilməsi planlaşdırılır. Elchi.az "Deutschlandfunk"a istinadən xəbər verir ki, "Volkswagen" müəssisəni Aşağı...

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Next Post

Roma Olimpiya Oyunlarından imtina etdi

`Azərbaycanda aclıq aradan qaldırılıb` - Məmmədyarov

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.