Əlcəzairin milli neft və qaz şirkəti “Sonatrach” təbii qazın Avropaya nəqli üçün İtaliya ilə yeni boru xətti çəkməyə razılaşdıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sonatrach”dan verilən yazılı bəyanatında qeyd olunub:
“Strateji niyyət haqqında ilk anlaşma memorandumu, Əlcəzairin davamlı keçidini dəstəkləməyə diqqət yetirməklə enerji təhlükəsizliyini təmin etmək üçün Avropaya enerji ixracını artırmaq üçün ən yaxşı variantları müəyyən etmək məqsədi daşıyır”.
Bəyanatda qeyd olunub ki, anlaşma memorandumunun 4 oxlu struktura əsaslandığı və bu 4 oxun mövcud qaz daşıma qabiliyyətinin artırılması, təbii qazın nəqli üçün yeni qaz kəmərinin çəkilməsi, növbə ilə mavi və yaşıl hidrogen və ammonyak, sualtı elektrik kabelinin çəkilməsi və mövcud təbii qazın çəkilməsi nəzərdə tutulur.
İmzalanan ikinci sazişin Əlcəzairdə istixana qazı emissiyalarının azaldılması imkanlarını və bu azalmanı həyata keçirmək üçün ən yaxşı üsulları müəyyən edəcəyi vurğulanaraq, bu yeni müqavilələrin Əlcəzair və İtaliya arasında tərəfdaşlığı gücləndirəcəyi və “Sonatrach”ın bir tərəfdaş kimi əsas rolunu təsdiq edəcəyi qeyd olunub.
Bu gün Əlcəzair Prezidenti Əbdülməcid Tebbun və İtaliyanın Baş naziri Giorgia Melonun iştirakı ilə keçirilən mərasimdə yuxarıda qeyd olunan memorandumları “Sonatrach” Baş Meneceri Tevfik Hakar və ENI Baş Meneceri Claudio Descalzi imzalayıblar. ENI Baş Meneceri Descalzi Əlcəzairin 2024-cü ilə qədər İtaliyaya 28 milyard kubmetr təbii qaz tədarük edəcəyini açıqlayıb.
Yeganə