Əfqanıstanın şimalında minlərlə hektar ərazi çəyirtkə tərəfindən işğal edilib.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Kandali kəndində minlərlə hektar ərazi çəyirtkələrin hücumuna məruz qalıb. Kənd camaatı çəyirtkələrin bir çox kənd təsərrüfatı məhsullarına ziyan vurması səbəbindən çətin anlar yaşasa da, əkin sahələrini qorumaq üçün dövlətdən heç bir dəstək ala bilmədiklərindən şikayətləniblər. Kənd sakinləri çəyirtkə növləri arasında ən təhlükəli olan Mərakeş çəyirtkələrini müasir üsulların olmaması səbəbindən ənənəvi üsullarla tutmağa çalışırlar.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Proqramı Ofisi, çəyirtkələrin yeyə bildikləri hər şeyi yedikdən sonra milyardlarla yumurta qoyduqlarını və fermerlərin məhsullarını məhv etmə dövrünün gələn il davam edəcəyini söyləyib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Proqramı Ofisi bildirir ki, çəyirtkə istilası 1,2 milyon ton buğdanı məhv edə bilər ki, bu da Əfqanıstanda builki məhsulun dörddə birinə bərabərdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Proqramının Əfqanıstan üzrə Nümayəndəsi Riçard Trançard deyib: “Əfqanıstanda keçən ay ardıcıl üç il quraqlığa baxmayaraq, bu il kənd təsərrüfatı sahələrindən daha yaxşı və daha çox məhsul gözlənilirdi, lakin indi belə görünür ki, bu yeni zərərverici yaxşılaşır, məhsula olan ümidi məhv edir”.
Nuranə Məmmədova