​Argentinada ali məktəblərə qəbul imtahanları ləğv olunub

🗓 31.10.2015 09:16 ✍️ "Elçi" qəzeti
​Argentinada ali məktəblərə qəbul imtahanları ləğv olunub

Orta təhsil alan hər kəs sərbəst şəkildə ali təhsil ocağına daxil ola biləcəkArgentina Senatı dövlət universitetlərinə qəbul imtahanlarının keçirilməsinə qadağa qoyub. "Report" TASS-a istinadən xəbər verir ki, universitetlərə, həmçinin təhsil haqqı almaq qadağan edilib. "Orta təhsil almış hər bir kəs sərbəst və maneəsiz şəkildə ali təhsil ocaqlarına daxil ola bilərlər", - deyə qanunda bildirilir. İndiyədək Argentinanın dövlət universitetləri bir sıra fakültələrə, məsələn, tibb fakültəsinə qəbul imtahanları keçirmək hüququna malik idilər. Eyni zamanda universitetlərə məktəblinin ali müəssisə tələbəsi hesab olunması üçün əməl etməli olduğu tələbləri sərbəst şəkildə müəyyən etmək icazəsi verilib. Bundan əlavə, yeni qanuna əsasən, hökumət dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini azalda bilməz. Argentinada 54 dövlət universiteti və 49 özəl ali təhsil ocağı var.

Bənzər yazılar