“Əş-Şəbab” terror təşkilatı Somalidə rabitə infrastrukturu obyektini hədəfə alıb

61

Somalidə terror təşkilatı Əl-Şəbab rabitə infrastrukturu obyektinə bombalı hücum həyata keçirib.

Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, ölkənin ən böyük telekommunikasiya şirkəti olan Hormuudun Qalmuduuq bölgəsində yerləşən infrastruktur obyektinə bombalı hücum təşkil edilib.

Qüllə də daxil olmaqla obyektlərin zədələndiyi və bölgədə rabitənin kəsildiyi hücumda ölən və yaralanan olmayıb.

Şayəstə