Ərdoğan: “Putinlə bir-birimizə inanırıq”

66


“Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, “taxıl sazişi” də bərpa olunmazdı”.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: “Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk”.

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: “Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm”.