Yunanıstan cəbhəsindən gələn açıqlamalarla bir müddətdir Ankara-Afina xəttində gərginlik artır. Afina təxribatçı ritorikasını davam etdirərkən, ‘son ümid’ kimi təqdim edilən layihə üçün bu gün hərəkətə keçib.
Afinadan gələn açıqlamalarla Egeydəki gərginlik artmağa davam edərkən, Yunanıstandan gözlənilən addım gəldi.
Elchi.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Mitsotakis ExxonMobile şirkətinin Peloponnesdə və Kritin cənub-qərbində təbii qaz kəşfiyyatı aparacağını açıqlayıb.
Mitsotakisin bəyanatından 24 saat sonra Yunanıstan hərəkətə keçib.
ExxonMobil təbii qaz yataqlarını kəşf etmək üçün Peloponnesin cənubunda və Kritin qərbində seysmik tədqiqatlara başladı.
Yunanıstanın bir nömrəli gündəmi halına gələn bu inkişafdan sonra bir etiraf kimi bir açıqlama gəldi.
SON ÜMİD
Ətraf mühit və energetika naziri Kostas Skrekas araşdırmanı “son ümid” kimi qiymətləndirib.
“Şübhə etdiyimiz yatağın Kritin cənub-qərbində və Peloponnesdə olmasından mədənçıxarma sənayesinin Şərqi Avropa regionunda böyük təbii qaz yatağı tapmaq üçün son ümidi ola bilər”, – Skrekas ERT-yə bildirib.
Şayəstə