Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.
Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri
İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur. Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını...





















Son şərhlər