Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə “Formula 1” yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin ilk 8 ayında artıb. Elchi.az AMB-yə istinadən xəbər verir ki, avqustun...




















Son şərhlər