"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Ərinin QİÇS-ə yoluxdurduğu qadının acı taleyi: “Həkimlər də məndən qorxurlar" – şok TƏFƏRRÜAT

05 Fevral 2015 - 17:37
in SOSİAL
FacebookVatsap

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

qicsssssBu həyatda yaşadıqlarımızın alın yazısıdır, yoxsa öz seçimimiz? Hərənin öz mülahizəsi var  bu məsələdə. Amma bəzən kaş belə etməzdim, bilsəydim bu yolu seçməzdim deyirik. 
Zaman isə geri qayıtmır. Müsahibimlə təxminən 40 dəqiqəlik söhbət zamanı dəfələrlə bu sözləri – “bilsəydim”, “məlumatım olsa idi” – təkrarladı.
Amma gecdir. 27 yaşında QİÇS xəstəsidir. Ən dəhşətlisi 7 yaşlı qızı da onunla eyni taleyi bölüşür. Onları bu xəstəliyə yoluxduran insan isə onları tək buraxıb. Bütün bunlara baxmayaraq, o, ayaqda qalmağa çalışır. Əslində, ilk baxışda heç xəstəyə oxşamır, küçədə görsəm, xəstə olduğu ağlıma gəlməz. Bunun səbəbini yazının sonunda öyrənəcəyik.
Publika.az həyat yoldaşı tərəfindən QİÇS-ə yoluxdurulmuş qadının acı həyat hekayəsini təqdim edir.
Adının açıqlanmasını, şəklinin çəkilməsini istəmir. Bu şərtlərindən sonra söhbətə başlayır. Peşmandır – yaşadıqlarına, seçiminə, bilgisizliyinə görə…
“Evlilikdən əvvəl müayinədən keçmək mütləqdir. Arada nə qədər sevgi, hörmət olsa da, risk etməyə dəyməz. Hətta xəstə biri ilə evlənmək istəyən biri özünün, övladlarının yoluxmaması üçün lazımi tədbirlər görə bilər. Amma mən bunu etmədim. Bu heç vaxt ağlıma gəlməzdi. Düzünü desəm, əvvəllər QİÇS-in nə olduğunu tam bilmirdim. Nə orta məktəbdə, nə də ali məktəbdə oxuyanda bu barədə eşitmişdim. İndi çox yerdə bu barədə məlumat öyrənmək olar. Amma 7 il əvvəl rayon yerində bu xəstəlik haqqında çox adam bilmirdi”,- deyə söhbətə başlayır.

“Yəqin ki, təsadüfi cinsi əlaqədən yoluxmuşdu”

Müsahibim deyir ki, bəlkə də, evliliyə qədərki vaxt çox olsa idi, yoldaşında xəstəliyin əlamətlərini hiss edə bilərdi.
“Evliliyimiz bir anda oldu. O, məni görüb bəyənmişdi. Onda hələ tələbə idim. Onu çox da tanımaq imkanım yox idi. Elçilikdən qısa müddət sonra evləndik. Bəlkə, arada vaxt olsaydı, onu daha çox tanıya bilərdim. Ən azı pis vərdişlərini görərdim. Gənc olanda insanlar çox səhv edir, mənim də ən böyük səhvim onu yaxşı tanımadan evlənməyim oldu. Onun xasiyyətinə, kimliyinə bələd olmadan ailə qurmuşam. Onun narkotikdən istifadə etdiyini düşünmürəm. Yəqin ki, təsadüfi cinsi əlaqə ilə yoluxub. Amma evliliyimizdən bir müddət sonra artıq onda xəstəliyin əlamətləri hiss olunurdu. Gecələr tez-tez tərləyirdi. Temperaturu yüksək olurdu, ağciyərinə su gəlmişdi. Elə düşünürdüm ki, bu, soyuqdəymənin nəticəsidir. Xəstəlik barədə məlumatım olsa idi, xəstəliyin əlamətlərindən daha tez başa düşərdim”.

“Axı xəstə idimsə, niyə ağrılarım yox idi?”

Xəstəliyi aşkarlananda qızının 4, özünün 25 yaşı olub: “Ağrılarım olurdu. Genekoloji müayinə nəticəsində təsadüfən QİÇS olduğum aşkarlandı. Həkimlər əlamətlərdən şübhələnib, qan analizi götürdülər. Həkimlər analiz nəticəsini deyəndə sanki dünya başıma çökdü. Çox aqressiv reaksiya verdim, qəbul etmədim. “Xəstə idimsə, niyə ağrılarım yox idi?” deyə düşünürdüm. Anam yanımda idi. Heç nə dərk edə bilmirdim. Xəstəlik haqqında heç nə bilmədiyimə görə, necə yoluxduğumu başa düşmürdüm. Həmin gündən ancaq yadımda qalan həkimlərin xəstəliyə yoldaşımdan yoluxduğum və qızımın da xəstə olduğu barədə dedikləri sözlər oldu. Oradan evə gəlməyimiz, sonra QİÇS mərkəzinə getməyimiz ağlımda deyil. Yenidən müayinə edildim və xəstə olduğumu təsdiqlədilər. QİÇS yox, xəstəliyi SPİD kimi tanıyırdım. SPİD deyəndə ilk ağlıma gələn öləcəyim oldu. Çox ağır depressiyaya düşdüm.  Ailəmdən, yaxınlarımdan, övladımdan uzaqlaşdım”.

“Yoldaşım müalicəyə razı olmurdu”

Hər kəsdən uzaqlaşan müsahibimin ən çox ehtiyacı olduğu şəxs isə onu xəstəliyə yoluxduran yoldaşı idi. Çünki onu, yaşadıqlarını ancaq eyni xəstəliyi daşıyan həyat yoldaşı anlaya bilərdi. Ancaq bu məqamda  xəstəliyə yoluxmasına səbəb olan şəxs onu təkbaşına qoyur.
“Xəstəliyi yoldaşıma deyəndə nə özünün, nə də mənim xəstə olduğumu qəbul etdi. Həkimlərin səhv etdiyini dedi. Lakin mən narkotik istifadəçisi deyildim, təsadüfi cinsi əlaqədə də olmamışdım. Yəni yoldaşımdan yoluxmağımdan başqa variant yox idi”.
Ancaq həyat yoldaşı bununla kifayətlənmir. O, nəinki xəstə olduğunu qəbul edirdi, hətta müalicə almağa da icazə vermirdi. Xəstəlik onların immunitetini hər gün bir az məhv edərkən yoldaşı ana və qızını həkimə getməkdən məhrum edir.
“Yoldaşımın həkimə getməyimə icazə verməməsi bir tərəfə, bizi xəstəliklə baş-başa qoyması depressiyamı bir az da artırırdı. O, xəstəliyi biləndən sonra bizi tərk etdi. Rəsmi olaraq boşanmasaq da, aylarla evə gəlmirdi, Rusiyaya, Tükiyəyə gedirdi. Əvvəllərdə iş üçün xaricə gedirdi, amma bu qədər uzun müddətli olmurdu. Hər dəfə geri qayıdanda müalicə almaq istədiyimi deyirdim. Amma o qəbul etmirdi. Yoldaşım xaricdə olanda ondan xəbərsiz bir dəfə müalicə aldım. Həmin dövrdə də oğlum oldu”.
İkinci uşağına hamilə qalanda QİÇS xəstəsi olsa da, onu dünyaya gətirməkdə tərəddüd etmir.
“Çünki  həmin dövrdə həkim nəzarətində oldum. Virusun uşağa keçməməsi üçün iynələr vurdular. İndi oğlum tam sağlamdır.  Amma virus daşıyıcısı olan birinin uşaq dünyaya gətirməsi risklidir. Hamıya məsləhət görə bilmərəm. Lakin mən risk etdim.. Bəlkə də, hamilə vaxtı bu xəstəlik aşkarlansaydı, qızım xəstə olmazdı. Çünki xəstə vaxtı oğluma hamilə qaldım, həkim nəzarətində olduğuma görə xəstə olmadı”.
Oğlu olandan sonra yenidən müalicəsini dayandıran müsahibimin vəziyyəti bu dəfə daha da ağırlaşır. Müalicəni dayandırmaq ölümə yaxınlaşmaq demək idi. Yoldaşının məcburiyyəti ilə bu addımı atan müsahibim sonun belə olacağını heç vaxt ağlına gətirməyib. İlk dəfə qeydiyyata alınandan həkimlər ona mütləq müalicə almasını tövsiyə edir. Lakin müalicə könüllü olduğundan heç kim onu məcbur edə bilmir. Yoldaşı isə ona müalicə ilə bağlı qadağalar tətbiq edir. Yoldaşının bu mövqeyinin doğru olmadığını bilsə də, ona qarşı çıxa bilmir. Səbəb isə özünün dediyi kimi, mentalitetdir.
“Axı rayon yerində yoldaşımın sözündən çıxıb müalicə olmağım düzgün deyildi. Amma müalicə almaq mənim haqqım idi, heç kim qarışa bilməzdi. Yoldaşım dəfələrlə analiz vermişdi, hər dəfə də xəstəlik aşkarlanırdı. Amma nə xəstəliyi, nə də müalicə almağı qəbul edirdi. Vəziyyəti gündən-günə pisləşirdi, başında şiş yaranmışdı”.

“Həkimlər QİÇS-li xəstəyə baxmaqdan çəkinir”

Müsahibim deyir ki, bu vaxta qədər yaşadıqlarının əsas səbəbi xəstəlik barədə məlumatsız olmasıdır:
“Xəstəliyin xüsusiyyətini bilsəydim, qızımdakı əlamətlərdən hiss edə bilərdim. Çünki qızım doğulandan sonra tez-tez limfa, qulaqdibi, qoltuqaltı vəzi şişirdi. Bu, şübhələnmək üçün ən böyük əlamətdir. Elə düşünürdüm ki, bu, soyuqdəymədəndir. Müalicə ilə bir müddət xəstəlik sağalırdı, sonra yenidən yaranırdı. Əslində, həkimlər qızımdakı bu əlamətlərdən şübhələnməli idilər. Onların məlumatsızlığı bir tərəfə, digər sahələr üzrə həkimlər bizim kimi xəstələri müayinə etmək istəmir. Genekoloqlar bu xəstələrə baxmaqdan çəkinir. Çünki yoluxacaqlarından qorxurlar. Bu xəstələri əməliyyata, doğuşa qəbul etmək istəmirlər. Bunun xəstə üçün nə qədər çətin bir hal olduğunu başa düşmürlər”.

“Qohumlarla əlaqəni kəsdim”

Ancaq təkcə yadlar deyil, müsahibim yaxınlarından da eyni münasibəti görür. Xəstəliyi ilk dəfə ancaq ən yaxınlarına desə də, zamanla bu xəbər bütün qohumlar arasında yayılır. Lakin insanlara xəstəliyi başa salmaq heç də asan olmur:
“Qohumlarım məndən çəkinirdi. Onları qınamıram, mən özüm də özümdən çəkinirdim. İnsanlardan uzaqlaşırdım. Yaxınlarımı qucaqlamaq belə istəmirdim, qorxurdum ki, onları da yoluxduraram. Çünki xəstəlik barədə məlumatsız idim. Mən xəstəliyim barədə insanlara deməkdən qorxmurdum. Amma insanların münasibətini görəndə pis olurdum. Heç kim mənə pis söz demirdi, sadəcə, davranışlardan onların düşüncələrini hiss edirdim. Məsələn, qohumlarım evlərində mənim üçün ayrıca boşqab, stəkan, qaşıq ayırmışdılar. Hər dəfə qonaq gedəndə “bunlar sənindir, gələndə bu boşqabdan istifadə edərsən” deyirdilər. İçimdə pis olurdum, amma qınamırdım. Axı mən özüm də məlumatsız idim, bəlkə, başqası olsa idi, mən də eyni münasibəti göstərəcəkdim.  Artıq qohumlarımdan əlaqəni kəsməyə başlamışdım, çünki hər dəfə o sözləri eşitmək mənə çox ağır idi. Zamanla bu problem aradan qalxdı. Amma bu, hər kəsə nəsib olmur, ona görə də, xəstələr vəziyyətlərini gizlətməli olurlar”.
İnsanlardan uzaqlaşsa da, xəstəlik hər gün onun bədənində daha dərin kök salır. Müalicə almadığına görə, pnevmaniya olur, bir ay reanimasiyada qalır.
“Artıq ağciyərlərim funksiyasını tamamilə itirmişdi. Ona görə müalicəmi Türkiyədə davam etdirməli oldum. Orada bir ay reanimasiyada qaldım. Həmin vaxtda qızımın da vəziyyəti pisləşmişdi. Amma o, burada müalicə olundu. Komada olsam da, ətrafımda danışılanları hiss edirdim. Həmin müddətdə qohumlarım bir an belə ailəmi tək qoymadı”.

“Onu sevirdim…”

Qohumlarından fərqli olaraq, həyat yoldaşı həmin müddətdə nə onun, nə də qızının vəziyyəti ilə maraqlanır. Bu da aralarında yaranmış problemləri daha da kəskinləşdirir.
“Məni və qızımı xəstəliyə yoluxdurmasına görə onu  heç vaxt qınamamışdım. Nə qədər çətin günlər keçirsək də, bizi müalicəyə qoymasa da, onun günahkar olmasını dilimə gətirməmişdim. Çünki onu sevirdim. Bir ailə idik, problem varsa, birlikdə həll edə bilərdik. Amma o, belə düşünmürdü, bizi xəstəliyə yoluxdurması bir tərəfə, müalicəyə qoymaması mənə çox pis gəlirdi. O, bilə-bilə qızımın və mənim əzab çəkməyimizə razı olurdu. Bizi ölümə məhkum edirdi. Bunu bağışlaya bilməzdim. O, xəstəlik barədə danışmağımı belə istəmirdi. Çünki rayonun balaca yer olduğunu və insanların bunu bilməsini rüsvayçılıq hesab edirdi. Bütün bu yaşadıqlarımdan sonra ayrılmağa qərar verdim”.
Müsahibim boşanandan sonra valideynləri ilə birlikdə Bakıya gəlir və burada yaşayır. İndi iki övladına təkbaşına baxır. İxtisasca psixoloq olan müsahibim indi xəstəlik aşkarlanan insanlara psixoloji dəstək göstərir. Özünün yaşadığı çətinlikləri başqalarının da yaşamaması üçün onlara yardım edir. Bu günü və gələcəyini övladlarına həsr edən müsahibim üçün ən çətin məqam qızına xəstəliyini izah etməkdir. Hələ ki 7 yaşlı qızına hər gün dərman atmasının əsas səbəbini açıqlamayıb. Zamanın çatmasını gözləyir.
“Qızım hər gün vaxtında dərmanını qəbul edir. O, pnevmoniya olanda suçiçəyi də keçirmişdi. İndi elə düşünür ki, dərmanları suçiçəyi olduğuna görə içir. Amma bir tərəfdən də evdə QİÇS-lə bağlı broşurlar var. Onlara baxır, maraqlanır. Zamanı çatanda ona başa düşə biləcəyi dillə xəstəliyini izah edəcəm. Hələ ki onun yaşında biri üçün xəstəliyi dərk etmək çox çətindir”.
Bütün bu yaşadıqlarından sonra yenə də yoldaşına nifrət etmir. Sadəcə “taledir” deyib keçir.
Previous Post

Ərinin QİÇS-ə yoluxdurduğu qadının acı taleyi: “Həkimlər də məndən qorxurlar" – şok TƏFƏRRÜAT

Next Post

Komandirlərə hərbçiləri güllələmək icazəsi verildi

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

Komandirlərə hərbçiləri güllələmək icazəsi verildi

Komandirlərə hərbçiləri güllələmək icazəsi verildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.