"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

"Ən ağır mərhələni artıq keçmişik" VİDEO

24 Yanvar 2015 - 19:38
in SİYASƏT
FacebookVatsap

Milli Şura 2015 planını müzakirə etdi, yeni sədr və rəhbər heyət seçdi

Bunu da oxuyun

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Milli Şura yanvarın 23-də növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə 3 məsələ daxil edilib:

–  ictimai-siyasi vəziyyətin müzakirəsi;

–  qurumun 2015-ci il üçün fəaliyyət planının qəbulu;

– təşkilati məsələ.

milli-suraMilli Şuranın sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu gün milli, siyasi, sosial haqlar, demokratiya uğrunda mübarizənin əsas konturları bu qurumun müarizəsindən keçir. Hakimiyyət strateji vəzifə kimi 2013-cü ildən bəri Milli Şuranı dağıtmağı qarşısına məqsəd qoyub. Lakin buna nail ola bilməyib.

“Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, – deyə Cəmil Həsənli qeyd edib.

Milli Şura sədri bildirib ki, Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib. Milli Şuranın da vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır.

“Məni ən çox narahat edən vətəndaşları narkotiklə şərləyib tutmaqdır. Təəssüf ki, 2014-cü ildə bu tendensiya daha da inkişaf edib. Hətta Sovet imperiyası vətəndaşları narkotiklə şərləməyi özünə sığıdırmırdı. İndi Azəraycanın ən ləyaqətli oğulları müxtəlif ittihamlarla həbsdə yatır. Amma bu adamları şərləyən, mühakimə edən insanlar özü həbsdə oturmalıdır. İnsanları 3 qramla şərləyənlər, 3 ton narkotikə görə məsuliyyət daşımır”, – deyə Cəmil Həsənli bildirib.

Azərbaycanda mətbuat azadlığının acınacaqlı vəziyyətindən danışan Milli Şura sədri “Azadlıq” radiosunun bağlanmasını pisləyib: “Bu, mətbuata, azad sözə qəsddir. Bu, hakimiyyətin ölkədə söz azadlığına qarşı rəsmi siyasətidir. Təsəvvür edək ki, Azadlq radiosundan sonra Azadlıq qəzeti, Turan agentliyi də bağlandı. O zaman Azərbaycanda hansı mənzərə yaranar? Milli Şuranın əsas hədəflərindən biri bu mətbuat orqanlarını qorumaq və Azadlıq radiosunun bərpasına nail olmaqdır. İşimizi bəyanatlar verməklə bitmiş sya bilmərik”.

Cəmil Həsənli daha sonra ölkədəki sosial-iqtisadi vəziyyətə münasibət bildirib: “Dövlət başçısı tez-tez bəyanatlar verir ki, neft qiymətlərinin düşməsi bizə təsir etməyəcək. Bu, məntiqsiz, həqiqətə uyğun olmayan bəyanatdır. Biz artıq bu ziyanın içərisindəyik. Azərbaycan tarixində maarif sistemi formalaşandan bəri hələ heç vaxt kənddə işləyən müəllimlə şəhərdə işləyən müəllimlərin əmək haqqında belə fərq olmayıb. Bu səhv tendensiyadır, bunu etmək olmaz. Sosial-iqtisadi baxımdan müəllimlər kəndlərdə daha çətin vəziyyətdə yaşayır. Bu siyasət ayrıseçkilikdir. 30 faizə gücün çatmır, 15 faiz artır, amma hamının maaşını artır”.

İlham Əliyevin Almaniyada səsləndirdiyi “ölkədə nüfuzum 90 faizdir” bəyanatına replika verən Cəmil Həsənli “Azərbaycan hakimiyyətinin reytinq cədvəli ilə siyasi mülahizələrə görə həbs etdiyi insanların sayı təxminən eynilik təşkil edir” deyə ironiya edib.

Siyasi ekspert Rahim Hacıyev isə çıxışında Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə münasibətlərinin son dərəcə kəskinləşdiyini, hakimiyyəti saxlamaq üçün ənənəvi üsulların aradan qalxdığını bildirib:

“Ötən il nə qədər çətin olsa da, eyni zamanda bizim aktivimizə yazılan məsələlər də var. Bizi daha çox bu ruhlandırmalıdır. Həqiqətən də hakimiyyətin atdığı addımlar özünü doğrulatmadı və hökümət üçün əlverişsiz vəziyyətin yaranması ilə nəticələndi. Hakimiyyət bu siyasətilə öz simsaını göstərdi. İstər Azərbaycan ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə. Bu gün heç vaxt olmayan səviyyədə Azərbaycan hakimiyyətinin Qərb dünyası ilə münasibətləri pisləşib. Bu tendensiya davam edəcək və əlbəttə ki, hakimiyyətin vəziyyəti bu baxımdan daha da ağırlaşacaq. Artıq  “biz sizə qaz veririk, siz bizə pul göndərirsiz” sxemi işləmir. Çünki dünyada neftin qiymətləri düşüb və Azərbaycan hakimiyyətinin şəxsi maraqları üçün xoşagəlməz vəziyyət yaranıb. Artıq geopolitik planda ciddi proqramlar var və bu proqramların həyata keçirilməsi haqda qərarlar qəbul olunub. May ayında Riqada “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Hesab edirəm ki, bu qısa müddət ərzində çox ciddi addımlar atmalıyıq. Hansısa sənədlər olmaldır, hansısa kampaniyalar aparılmalıdır. Riqada keçirilən sammitə qədər Milli Şuranın sənədi hazır olmalıdır və o sənədin mətbuatda, sosial şəbəkələrdə çox geniş şəkildə yayılması təmin olunmalıdır.Göstərməliyik ki, biz bunu istəyirik”.

Milli Şuranın Kordunasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə öz çıxışında qarşıdan gələn parlament seçkilərinə diqqət çəkib.

“Biz ciddi təşkilatıq və Azərbaycanda alternativ fikrin ən geniş, ən mötəbər platformu kimi qəbul olunuruq. Buna görə də Milli Şura olaraq seçkini əsas hədəfimiz hesab edirik. Bizim üçün seçki demokratik islahatlara, ciddi demokratik dəyişikliklərə qapı açmaq üçün bir fürsətdir, ciddi şansdır. Biz, Milli Şura olaraq seçkini belə dəyərləndiririk. Bizim üçün seçki mandat uğrunda, parlamentdə 5-6 yer almaqla öz maraqlarımızı təmin etmək uğrunda mübarizə deyil. Bizim üçün seçki, xalqımızın mənafeyinə və maraqlarına xidmət etmək uğrunda mübarizədir. Biz Milli Şura olaraq, məhz Azərbaycan xalqının mənafeyinə cavab verən, heç olmasa, status-kvonu dəyişməyə xidmət edən, demokratik açılıma təkan verən bir seçki prosesində iştirak etmək istəyirik”.

AXCP sədri Əli Kərimli çıxışına yola saldığımız 2014-cü ili dəyərləndirməklə başlayıb. Bildirib ki, 2014-cü ili siyasi baxımdan ən ağır il oldu:

“Azərbaycandakı repressiyalar 2014-cü ildə pik həddinə çatdı. Həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyyətdə olduğu 21 ildə mən elə bir il, ay xatırlamaıram ki, ölkədə siyasi məhbus olmasın. Amma 2014-cü ildə bu tendensiya öz zirvəsinə çatdı. Vətəndaş cəmiyyəti ayrıca bir sektor olaraq məhv edildi, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin ən tanınmış nümayəndələri həbs olundu, bir çoxları mühacirətə getməli oldular, 60-dan yuxarı təşkilatın bank hesabları bağlanıldı və vətəndaş cəmiyyəti demək olar ki, ayrıca sektor olaraq çökdürüldü. Keçən il Azərbaycan müxalifətinə ağır zərbələr vurulub, mətbuatın susdurulması üçün məqsədyönlü iş aprılıb, “Azadlıq” radiosu kimi mühüm bir mətbuat vasitəsi faktiki fəaliyyətini dayandırmalı olub, “Azadlq” qəzeti il ərzində görünməmiş pressinq altında fəaliyyət göstərib və bu gün qəzetin yaşaması kollektivin fədakarlığının nəticəsidir. Normalda, bu qəzet artıq fəaliyyətini dayandırmal idi. Bundan əlavə, “Media Forum” saytı, “Zerkola” qəzeti bağlanıb, “Turan” informasiya agentliyi isə həddindən artıq çətin şərtlər altında faəliyyətini davam etdirir. Hətta dünya birliyini qarşılarına almaq, Azərbaycanın imicini dünyada bərbad etmək bahasına olsa da, bu işi apardılar və məqsədləri müxalifət düşərgəsini, müstəqil düşünən insanları tamamilə sıradan çıxarmaq idi. Məhz Milli Şuranın, onun tərkib hissəsi olan AXCP-nin dəyanətli mübarizəsinin nəticəsində, hökumət bu planına tam nail ola bilmədi. Və bu, elə-belə nəticə deyil. Məhz 2014-cü ildə biz yox, dünyanın nüfuzlu siyasətçiləri, vaxtilə ABŞ-ın dövlət katibinin yardımçısı olmuş Kramer səviyyəsində açıq ifadə etdilər ki, Azərbaycanda siyasi məhbusların sayı, Rusiya və Belarusda birlikdə olduğundan iki dəfə artıqdır. Bizim Özbəkistandan fərqlənməyimiz İlham Əliyevin Azərbaycan xalqına lütfü ilə bağlı deyil, sizin, Azərbaycan xalqının mübarizliyilə bağlıdır. Bu qədər siyasi məhbuslardan sonra da hər tutulanın yeri dolur, yeni-yeni insanlar gəlir. Bir faktı demək istəyirəm. Seymur Həzi həbs olunandan sonra, AXCP Gənclər Komitəsindən 10-15 nəfər mütamadi olaraq “Azadlıq” qəzetində köşə yazısı ilə çıxış etməyə başladı. Bir nəfər həbs olunmuş jurnalistin yerini doldurmaqdan ötürü, 10-15 nəfər gənc öz namizədliyini irəli sürdü. 2014-cü il bir tərəfdən Azərbaycandakı rejimin, diktaturanın ən sərt olduğu bir dövrlə xarakterizə olunursa,eyni zamanda Milli Şuranın, Azərbaycanın avanqard müxalifət təşkilatının dözümlülüyünü, bacarığını, mütəşəkilliyinin sübutu kimi ortaya çıxdı. Bizim axırıncı mitinqlərimizdən sonra 6 AXCP üzvünə qarşı cinayət işi başlanıb, 8 nəfər üzvünə qarşı inzibati qaydada 25-30 sutka həbs verilib. Amma buna baxmayaraq, hesab edirəm ki, ən ağır mərhələni keçmişik artıq”.

AXCP sədri sonra beynəlxalq birliyin hakimiyyətə qarşı sərtləşən münasibətindən danışıb: “Bizim dirənişin nəticəsində hökumətin özü ciddi zərbələr alıb. Məhz biz müqavimət göstərdiyimizə görə beynəlxalq birliyin Azərbaycandakı rejimə qarşı münasibəti sərtləşib. Baxın, 2014-cü ildə beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə əvvəlki 21 ildə olmayan daha sərt münasibəti ortaya çıxıb. ABŞ Konqresində dəfələrlə müzakirələr, Avropa Parlamentinin Azərbaycanla bağlı xüsusi sərt qətnaməsi və orada Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması ehtimalının nəzərdə tutulması və son illərdə Azərbaycan hakimiyyətinin siyasi sığınacaq yeri olan Avropa Şurasının nəhayət baş verənləri görməyə başlaması və hakimiyyətə sərt təpkilər göstərməsi və s. Biz uzun illər ərzində görməmişdik ki, nüfuzlu dövlətlərin hökumət və dövlət başçıları İlahm Əliyevlə görüşlərdində Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıqlarını, bu məsələdə İlham Əliyevlə fərqli fikirdə olduqlarını açıq ifadə etsinlər”.

Sessiyanın sonunda təşkilati məsələlərə baxılıb. Qurumun sədri və Koordinasiya Mərkəzinin üzvləri seçilib. Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib. Koordinasiya Mərkəzinə isə bu 21 nəfər seçilib:

1. Milli Şuranın sədri, professor Cəmil Həsənli
2. Kinodramaturq, Oskar mükafatçısı Rüstəm İbrahimbəyov
3. AXCP sədri Əli Kərimli
4. Hüquq müdafiəçisi, vicdan məhbusu Leyla Yunus
5. Ədliyyə generalı Vidadi Mirkamal
6. Sabiq millət vəkili Gültəkin Hacıbəyli
7. Kinossenarist, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev
8. AXCP sədrinin müavini Gözəl Bayramlı
9. Vəkil Fuad Ağayev
10. Yazıçı-publisist Mehriban Vəzir
11. Türkoloq, professor Kamil Vəli Nərimanoğlu
12. Hüquqşünas, keçmiş vicdan məhbusu Qurban Məmmədov
13. Hüquqşünas Namizəd Səfərov
14. İstiqlalçı deputat, keçmiş vicdan məhbusu İbrahim İbrahimli
15. Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri hacı Rövşən Əhmədli
16. Siyasi xadim Nurəddin Mustafayev
17. “Turan” agentliyinin direktoru Mehman Əliyev
18. VHP Ali Məclisinin sədri Rafiq Manaflı
19. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev
20. Jurnalist Şahvələd Çobanoğlu
21. Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülalıyev

 

Previous Post

"Ən ağır mərhələni artıq keçmişik" VİDEO

Next Post

Almaniya «erməni soyqırımı»nı tanımadı

Bənzər yazılar

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41

Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43

Zelenski Ukraynada seçkilərin keçirilməsini yenidən istisna edib Elchi.az xəbər verir ki, Ukraynada seçkilərin keçirilməsi mümkün deyil. "RİA Novosti"nin məlumatına görə,...

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57

İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post

Almaniya «erməni soyqırımı»nı tanımadı

Almaniya «erməni soyqırımı»nı tanımadı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.