"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Əli Kərimli hakimiyyətə yaxınlaşmaq istəyir” – şok iddia

18 Noyabr 2014 - 11:55
in SİYASƏT MANŞET
FacebookVatsap

Niyaməddin Orduxanlı: “O, bütün imkanlarını işə salıb ki, hakimiyyətin xoşuna gəlsin və bununla da 26315hakimiyyət onunla yenidən əməkdaşlıq etməyə başlasın”

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı mətbuata müsahibə verib. Müsahibədəki bir sıra iddia və tezislər maraq doğurdu. Ona görə də həmin müsahibəni müəyyən ixtisarlarla təqdim edirik.
 
-Niyaməddin bəy, Milli Şuranın son aksiyalarını necə xarakterizə edərdiniz?
-Sözün acığı bu mitinqdən çox Əli Kərimlinin hakimiyyətə yarınmağına xidmət etmiş addımıdır. Bəzi beynəlxalq təşkilatlar iddia edirlər ki, Azərbaycanda söz azadlığı, sərbəst toplaşmaq azadlığında problem yaranıb. Hakimiyyət də həmin dairələrə göstərir ki, baxın, bu da radikal müxalifətin sərbəst toplaşmaq azadlığının təminatı və bura gələn adamların sayı da yüzlərlədir. Bu qədər sadə. Digər tərəfdən, bu gün iqtidar çox məharətlə Əli Kərimlidən faydalanır. Hakimiyyət çox marağındadır ki, radikal müxalifətin başında Əli Kərimli dayansın. Ona görə ki, onun xarakterini, onunla necə davranmağı, necə işləməyi yaxşı bilirlər. Hakimiyyət istəyir ki, Qərb də Əli Kərimlini radikal müxalifətin əsas təmsilçisi kimi qəbul eləsin. Soruşa bilərsiniz ki, niyə? Azərbaycanda özünə hörmət edən ciddi bir siyasətçi Əli Kərimliyə güvənib, inanıb ciddi siyasi ortaqlıq qurmaz. Və bu gün onun yanında olan adamlara baxın. Bir ciddi adam qalıb, Əli Kərimlinin yanında?! Onu az-çox tanıyan adam dərhal ondan uzaqlaşır. Azərbaycan xalqı da heç vaxt Əli Kərimli kimi bir adamı siyasi lider kimi qəbul etməz və onun arxasınca getməz. Ona görə də hökumətə tam sərf edir ki, bu düşərgənin başında Əli Kərimli dayansın. Əli Kərimlinin özü də bunu çox yaxşı başa düşür. Və buna görə də hakimiyyətin maraqlarına uyğun açıqlamalar verir, mövqe sərgiləyir. Bilə-bilə ki, mitinqə 300-500-dən artıq gələn olmayacaq. Bu mitinqlərin keçirilməsi hakimiyyətə lazımdır.
Əli Kərimli çox yaxşı bilir ki, bunun mitinq adı ilə keçirdiyi şouya gələnlərin sayı demək olar ki, çox az olacaq. Bunun məqsədi mitinqə gələnlərin kütləviliyinin təmin edilməsi deyil. Kimdir onun mitinqinə gələn? Artıq Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti bitir və Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin edilir. Kim bundan sonra Azərbaycana hansı iradı bildirə bilər?
-Aksiyaya İsa Qəmbərin qatılmaması Müsavatla AXCP arasında hələ də soyuq savaşın davam etməsindən xəbər vermirmi?
 
-İsa Qəmbərlə Əli Kərimli arasında savaşın 22 illik tarixi var. Bu adamlar nə vaxt yaxınlaşıb ki? Bu gün Əli Kərimlinin İsa Qəmbərə etdiyi nifrət patolojidir. Həm də Əli Kərimli çox sistemli şəkildə Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə hücum edir. Bunu hamı görür. Bu hücumlar təkcə ona görə deyil ki, Əli Kərimli və onun ətrafı Müsavatı özlərinə rəqib görürlər. O, iqtidara xoş gəlmək üçün bunu edir. Və qəsdən bu hücumları təşkil edir.
 
 
-Aksiyaya islamçıların da cəlb edilməsi AXCP-nin din adamlarından yararlanmaq cəhdi deyilmi?
-Əli Kərimli elə bir adamdır ki, hətta İŞİD terror qruplaşmasının üzvləri ilə də siyasi ittifaq bağlaya bilər. Bunun üçün heç bir fərqi yoxdur.
– “Siyasi məhbuslara” azadlıq tələb edən mitinqçilərin erməni əsirliyində olan vətəndaşlarımız barədə bir cümlə belə işlətməməsi nə dərəcədə məntiqli və normaldır?
-Bunu necə edə bilərdilər ki? Əli Kərimli yaxşı bilir ki, həmin əsirlikdə olan vətəndaşlarımızla bağlı ABŞ-ın rəsmi mövqeyi yaxşı deyil. Demək olar ki, ABŞ ermənilərin maraqlarına cavab verəcək bir mövqe sərgiləyir. Əli Kərimli də qəsdən özünü eşitməməzliyə vurur. Guya bunun yadına düşmür. Əli Kərimli yaxşı bilir ki, mitinqdə bu cür çıxışla ABŞ-ın böyük qəzəbinə tuş gələ bilər. Əsas Kərimlinin siyasi maraqlarıdır. Onun üçün kimin hansı əsirlikdə olduğunun heç bir faydası yoxdur. Bu məsələ ilə bağlı çox böyük işlər görən hörmətli millət vəkillərimizdən biri olan Sahib Alıyev mətbuatda, sosial mediada, facebookda haqlı irad bildirdi və bunu qətiyyətsizlik kimi xarakterizə etdi. Əli Kərimli sanki bu iradı “eşitmir” və “görmür”…
 
– Ümumiyyətlə, son zamanlar AXCP-nin fəallaşması və mitinqlər keçirməklə gündəmə gəlmək cəhdi sizcə xaricdən gəlmiş bir tapşırıqdır, yoxsa bu partiya radikal düşərgədə öncüllüyü ələ almaq istəyir? 
 – Bütün baş verənlərin bir səbəbi var: Əli Kərimli bütün imkanlarını işə salıb ki, hakimiyyətin xoşuna gəlsin və bununla da hakimiyyət onunla yenidən əməkdaşlıq etməyə başlasın. Deyəsən, artıq Qərb dairələri də Əli Kərimlinin bu niyyətindən xəbər tutublar. (musavat.com)

 

Previous Post

“Əli Kərimli hakimiyyətə yaxınlaşmaq istəyir” – şok iddia

Next Post

Onu daha axtarmırlar…

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Onu daha axtarmırlar...

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşüb

Son xəbərlər

Sabah hava necə olacaq?

Sabah 37 dərəcə isti olacaq

18 Avqust 2026 - 12:29
Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

18 Avqust 2026 - 12:17
Baş nazir qərar imzaladı

Müdafiə Nazirliyinin mülki işçilərinin əməyinin ödənilməsi qaydası təsdiqləndi

18 Avqust 2026 - 12:08
Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

18 Avqust 2026 - 11:55
İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

18 Avqust 2026 - 11:49
Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

18 Avqust 2026 - 11:34
İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

18 Avqust 2026 - 11:25
Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

18 Avqust 2026 - 11:17
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

18 Avqust 2026 - 11:09
ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

18 Avqust 2026 - 10:46
Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

18 Avqust 2026 - 10:35
Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

18 Avqust 2026 - 10:23
Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

18 Avqust 2026 - 10:11
DİM bu imtahanın nəticələrini elan etdi

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

18 Avqust 2026 - 10:00
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

18 Avqust 2026 - 09:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.