"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ədəbiyyat dərsliyindən qan axır

11 Aprel 2019 - 17:49
in CƏMİYYƏT
FacebookVatsap

Günel Səfərova

Bunu da oxuyun

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

 

“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

Uşağın şəxsiyyət kimi yetişməsi ilk olaraq onun ailəsindən, ailəsi yoxdursa, böyüdüyü icma və məktəbdən asılıdır. Məsələn, Almaniyada məktəbdə simulator oyunları keçirirlər. Uşağa deyirlər ki, sən ata olduğunu təsəvvür elə və bu üç uşaq sənindir, onlar evə partidən gec gəlib və dərs etməyi çatdırmayıblar. Soruşurlar ki, belə halda onlarla necə davranarsan? Bir uşaq ikisinin küncə qoyulacağını, birinin isə ac qalacağını deyib. Digər uşaq kəmərini çıxararaq, onları vurmaq istəyib. Başqa bir uşaq isə onlara təklif edib ki, gəlin birlikdə dərs edək, amma bu təkrar olsa, pleysteyşn oynamağı bir ay müddətinə qadağan edəcək.

Deməli, fərqli yanaşmalar ailədən gəlir. Bizim kimi daha çox tədrisə yönələn təhsil sistemlərində isə bu yanaşma yoxdur. Fikrimcə, bizim orta məktəblər (bəzi özəl və xüsusi məktəblər istisna olmaqla) şəxsiyyət yetişdirə bilməz. Halbuki etməlidir. Məsələn, Yaponiya təhsil sistemində 10 yaşa kimi uşağa yalnız davranış, milli adətlər, vətən sevgisi və dünya anladılır. Amma unutmayaq ki, Şimali Avropa, Skandinaviya, Yaponiya, Koreya kimi misallarda uşaq səhər saat 8-də dərsə gedib axşam 7-də ordan çıxır. Yəni burda sistem məktəblər üzərində qurulub. Amma məsələn, eyni sistemdə olan Almaniyada yay tətilindən qayıdan məktəblinin inşasında uşağın dincəlmədiyi hiss olunarsa, ailə cəza ala bilər.

Bizim sistemə gəldikdə, məktəblərimiz bu gün laboratoriyadır və uşaqlarımızın üzərində test edilir. Şəxsən mən Avropa liseyində təhsil almışam. Dini adətlərin daşıyıcısı, konservativ ailədə böyümüşəm. Amma Avropa liseyi qazandığım şəxsi keyfiyyətlərin əsasını qoyub – insanları olduğu kimi qəbul etmək və s. Məktəbin məsuliyyəti var və tam razıyam ki, məktəb ən önəmli tərəflərdən biridir, amma biri. Hazırki təhsil sistemində yalnız məktəb effekt verməyəcək. Ailə, məktəb və cəmiyyət bir arada uşağı yetişdirməlidir. Baxın, internat və uşaq evində böyüyən neçə uğurlu adam saya bilərsiniz? Ailə bizim tipli cəmiyyətlərdə daha önəmlidir, çünki işlək mexanizm hələ ki yoxdur. Yəni çarx müəyyən yerdə dönmür, amma gələcəkdə bu yanaşma reallıqda həyata keçəcək.

Yəni indiki sistemdə təhsil alan uşaqlara sözün açığı bir az yazığım gəlir. Çünki “education policy” vahid deyil və qarışıq bir vəziyyətdir. Ailələr isə təəssüf ki, hazır deyil. Məsələn, bizə elə gəlir ki, uşağı pullu və çox yüksək səviyyədə təhsil verən məktəblərdə oxutdurmaq çıxış yoludur, amma o uşaq bu cəmiyyətlə dil tapa biləcəkmi? Mənim şəxsi fikrim belədir ki, təxirə salınmadan dərsliklər tamam dəyişməli, dili asanlaşmalı və orda olan mətnlər tamamilə dəyişməlidir. Ailənin uşağa münasibəti həm də sosial duruma bağlıdır (kasıb ailə uşağın sevmir deyə bir şey deyil, məsələn, teatr, sərgi, ətrafı tanıma və s). Cəmiyyətin spesifik yanaşmasından daha çox cəmiyyəti yönəldən sistem lazımdır.

Mən təhsil eksperti deyiləm, hüquqşünasam, amma işim uşaqlarla, təhsillə və ailələrlə birbaşa bağlıdır. Məncə, təhsildə konkret addımlarda bir az gecikmişik. Təsəvvür edin, 8-ci sinifdə bizim kökümüz olan Dədə Qorqud necə anladılır? Yazır ki, Qazan xan oğlunu 6 parçaya bölüb 6 yerə atmaq istəyirdi. İndi bunu oxuyan uşaq, sizcə, nə düşünür? Ədəbiyyat dərsliyindən qan axır və ya Qarabağ savaşı haqda yazırlar ki, “uşağın atası görür ki, qızının qanı qardan çıxan bənövşələrin üstünə səpilib”. Bu, uşağa uduzmaq psixologiyasını yükləyir və potensial psixoloji xəstələr yetişir. Biologiya kitabını oxusanız, lap dəhşətə gələrsiniz.

Məktəblərdə müəllimlər uşaqlara “qoyunsunuz, sizdən adam olmayacaq, tərbiyəsizlər, tupoylar və s.” deyirlər, uşaqlar bir-birlərinə fiziki, mənəvi zorakılıq edirlər, psixoloji gərgin müəllimlər “dərs keçirlər”. Uşaqlara ağır dərs yükü inanılmaz zərbə vurur. Məncə, onlar da bunu istəmirlər, lakin bacarmırlar. Yaxşı vətəndaş və peşəkar kadrlar yetişdirmək istəyiriksə, bacarmaq və dəyişmək üçün iradə nümayiş etdirməliyik.

Təkliflər tənqid kimi qəbul edilirsə, hansı yenilikdən danışa bilərik?

İndi yaxşı təhsil çox bahadır və bu hər bir insan üçün əlçatımlı deyil. Yaxın gələcəkdə süni intellekt insanın əl əməyini hətta yaradıcılığı əvəz edəcək. Lakin liderlik, ünsiyyət, kommunikasiya, anlama və hissetmə qabiliyyətləri olan insanlar qazanacaqlar. Amma öncə mühit dəyişməlidir və yaxşı təhsil alan insan bilməlidir ki, o, sabah əmək bazarında süni əngələ rast gəlməyəcək. Yenilik hər zaman köhnəliklə toqquşacaq. Biz uşaqlara yeni bilikləri aşılamalıyıq. Daha doğrusu, uşaqların bacarığını üzə çıxaracaq sistemi yaratmalıyıq.

Previous Post

Ədəbiyyat dərsliyindən qan axır

Next Post

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

Bənzər yazılar

Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

24 Avqust 2026 - 11:21

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib. Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib. Jurnalda 2026-2027-ci tədris ili üçün...

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

24 Avqust 2026 - 11:14

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. Bu...

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

24 Avqust 2026 - 10:25

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun...

Yol polisi hərəkət iştirakçılarına müraciət etdi

Yol polisi hərəkət iştirakçılarına müraciət etdi

24 Avqust 2026 - 09:46

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən Elchi.az-a bildirib ki, müasir dövrdə mobil telefon gündəlik həyatımızın...

Next Post
REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

REKTORA 60 MİN MANATLIQ İTTİHAM – BSU-da tələbələrə əsassız təhsil haqqı hesablanıb

Son xəbərlər

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

24 Avqust 2026 - 11:30
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

24 Avqust 2026 - 11:21
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

24 Avqust 2026 - 11:14
Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10
Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

24 Avqust 2026 - 11:07
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00
İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

24 Avqust 2026 - 10:51
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib

24 Avqust 2026 - 10:42
“Super” El-Nino dünyanı çətin dövrə sürükləyir

“Super” El-Nino dünyanı çətin dövrə sürükləyir

24 Avqust 2026 - 10:34
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

24 Avqust 2026 - 10:25
Zelenski: Rusiya daha 300 min əsgər toplaya bilər

Zelenski: Rusiya daha 300 min əsgər toplaya bilər

24 Avqust 2026 - 10:18
Arıqlamağa kömək edən yeni diabet həbi İngiltərədə satışa çıxıb

Arıqlamağa kömək edən yeni diabet həbi İngiltərədə satışa çıxıb

24 Avqust 2026 - 10:09
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24 Avqust 2026 - 09:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.