"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa məqamlar durur” – Oqtay Qasımovla müsahibə

15 Fevral 2017 - 20:09
in MANŞET
FacebookVatsap

 

Teleqraf.com mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovla müsahibəni təqdim edir.  
– Oqtay bəy, zaman-zaman mərhum prezident Əbülfəz Elçibəy hədəfə gətirilir, onun haqqında müəyyən fikirlər, iddia və ittihamlar irəli sürülür. Siz bunu nə ilə əlaqələndirirsiniz?
– Bilirsinizmi, son dövrlər Araz və Zərdüşt Əlizadə qardaşlarının ənənəvi  çıxışlarına şahid oluruq. Açığı, bunu xüsusi bir hadisə və proseslərlə bağlamazdım. Məncə, bu daha çox Əlizadələrin daxilindəki kin- küdurət, qərəz və nifrətlə bağlıdır. Çünki bundan başqa ağla bir şey gəlmir. Sadəcə olaraq, o  zamanlar  fikirlərinin qəbul olunmadığı,  vəziyyətin onların istədikləri kimi olmadığı, proseslər arzuladıqları kimi getmədiyi üçün bu günə qədər qisas, nifrət hissi ilə yaşayırlar.
– Konkret olaraq Zərdüşt Əlizadə bəyan edib ki, Əbülfəz Elçibəyin siyasi savadı olmayıb…
– Zərdüşt Əlizadə çox şey deyə bilər. Fikrimcə, bizim cəmiyyət olaraq nöqsanlı tərəflərimizdən biri də  odur ki, bu tip şəxsləri auditoriyaya çıxarır və dinləməyə maraqlı oluruq. Zərdüşt Əlizadə hesab edir ki, özü siyasi baxımdan çox savadlı, hərəkatın önündə gedən şəxslərdən biri idi, amma Əbülfəz Elçibəyin siyasi savadı və ya təcrübəsi yox idi. Əgər o haqlıdırsa, onda nədən Zərdüşt Əlizadənin dəstəkləyib irəli sürdüyü ideya-xətt cəmiyyətdə və təşkilatın daxilində bir qarşılıq tapmadı, ancaq Əbülfəz Elçibəyin fikir və ideyaları toplumda qarşılıq aldı, qəbul edildi?  Belə fikirlər səsləndirmək özündən müştəbehlikdir.  Dünyasını dəyişən bir şəxs haqqında tənqidi fikirlər demək olar və kimsə buna  etiraz etməz. Amma  tənqid təhqirə, qərəzə və nifrətə çevrilirsə, deməli adamın mənəviyyat, ədəb və tərbiyə problemi var. Onun müsahibəsində alt-üst ediləcək xeyli məqamlar var. Onun müsahibə zamanı ilk bir neçə suala verdiyi reaksiyalar göstərir ki, adamın patoloji problemləri mövcuddur. Siyasəti, ideologiyanı bir kənara qoyaq. İnsanlıq deyilən məhfum var. Əgər  adamlar üç-beş  manat qrant puluna görə qardaşı ilə münasibətləri kəsib və bu bəs etməyibmiş kimi, qardaşının vəfat edən oğlunun yas mərasimində iştirak etmirsə, məncə o, adam haqqında danışmağın mənası yoxdur. Bu artıq həmin şəxsin daşıdığı dəyərlərin göstəricisidir.  Bu baxımdan  Zərdüşt  Əlizadəyə çox baş qoşmaq bəlkə də doğru olmazdı.
Qeyd edim ki, Zərdüşt Əlizadə əvvəl Azərbaycan Xalq Cəbhəsində fəaliyyət göstərib, sonra Sosial Demokrat Partiyasını yaratdı. Sadəcə olaraq, yeni nəsil Zərdüşt Əlizadənin o dövrdəki fəaliyyətini bilmir deyə, bu gün  fikirlərinin müəyyən təsirləri ola bilər. 1988-ci ilin payızında Azərbaycan Xalq Cəbhəsi  rəsmən yaranmamışdan bir neçə dəfə gizli toplantılarına qatılmışdım və Z.Əlizadəni oradan tanımaq imkanım olub. Bu şəxs Azərbaycanı müstəqil dövlət olaraq təsəvvür etmirdi. AXC təsis konfransında təşkilatın sədriliyinə Zərdüştün dəstəklədiyi Yusif Səmədoğlu yox, Əbülfəz bəyin seçilməsi ilə böhtan kampaniyasına start verilib. Elçibəy hakimiyyətə gəldikdən sonra Z.Əlizadənin fəaliyyəti yalnız hakimiyyətdə olan komandaya deyil, ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı çevrildi. Prezident haqqında dəfələrlə təhqiramiz məqalələr yazdı. Amma buna görə məsuliyyətə cəlb edilməsinə Elçibəy icazə vermədi. Bunu sübut etmək üçün xüsusi əziyyət çəkmək lazım deyil. Həmin dövrdə nəşr edilən və Z.Əlizadənin redaktoru olduğu “İstiqlal” qəzetini vərəqləmək yetərlidir ki, onun Azərbaycan dövlətinə olan münasibəti ortaya çıxsın. Hələ 1993-cü ilin Gəncə qiyamında Zərdüşt və Araz Əlizadə qardaşlarının təlimatı ilə Sosial Demokrat Partiyasının Gəncə təşkilatının sədri Aypara Əliyevin hansı rol oynadığını demirəm. Bunlar bizim görüb yaşadığımız tarixdir. Adam o qədər ağlını qaçırıb ki, rus ordusunun Azərbaycandan çıxarılmasını həzm edə bilmir, buna hansısa don geyindirməyə çalışır. Bu normal insanın düşünəcəsinin  məhsul deyil.
– Siz, Gəncə qiyamı zamanı Sürət Hüseynovun yanında əyləşən Aypara Əliyevi nəzərdə tutursunuz?
– Bəli. Aypara Əliyev Zərdüşt Əlizadənin sədri olduğu partiyanın Gəncə təşkilatının sədri idi. Və 1993-cü ilin iyun qiyamı zamanı Sürət Hüseynovun yanında oturub ağıl verənlərdən və Gəncədə qanunu hökumətə qarşı təşkil edilən mitinqlərin aparıcı simalarından idi. Sözsüz ki, Aypara təlimatı Əlizadələrdən alırdı.
– Yəni faktiki olaraq Zərdüşt Əlizadə Gəncə qiyamına siyasi və mənəvi dəstək verib?
– Faktiki olaraq dəstək veriblər deyəndə, onlar birbaşa Gəncə qiyamında iştirak ediblər. Həmin dövrdə onların fəaliyyətini, çıxış və bəyanatlarını götürüb baxın, araşdırın. Görəcəksiniz ki, onlar birbaşa qiyamın içində yer alan, aktiv iştirak edən qrup olublar.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

 

Zərdüşt Əlizadənin məsələsi 1989-cu ilin oktyabrında AXC Ali Məclisinin sessiyasında müzakirə edilərkən onun kommunist partiyasının daxilindəki bir qrupla əlaqələri haqda ifşaedici ittihamlar səslənmişdi. Həmin Məclisinin iştirakçısı olan şəxslər sağdırlar və bu məsələni onlarla da dəqiqləşdirə bilərsiniz.
Bu günlərdə bir jurnalist Əlizadəyə Azərbaycandakı iqtisadi problemlərlə bağlı sual vermişdi. Nə qədər gülünc olsa da, adam bütün bunlarının səbəbkarının Əbülfəz Elçibəy olduğunu bildirmişdi. Bu pataloji problemin əlamətidir.
Adam başqalarına böhtan atır. Bir insanın etnik mənsubiyyəti qəbahət sayıla bilməz. Məsələn, mən türk deyil, ləzgi, talış və ya kürd olsaydım belə, öz etnik mənsubiyyətimlə fəxr edərdim. Azərbaycanda da bu günə qədər bu sahədə problem yaşanmayıb. Təsəvvür edin ki, adam Əbülfəz Elçibəyə, İsa Qəmbərə, İsgəndər Həmidova, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya çamur atır, eyni zamanda özünün etnik mənsubiyyətini danır – deyir ki, mən azərbaycanlıyam. Özünü ziyalı sayan bu adam  bilməlidir ki,  millətimizin adı 1936-cı il Stalinin qadağasına qədər türk olub. O zamana qədər  insanlarımızın pasportlarında milləti türk olaraq yazılıb. Zərdüşt Əlizadə isə bunu qəbul etmir, deyir azərbaycanlıyam. Məşhur atalar sözü var: əslini danan haramzadədir. Adam əslini, etnik mənsubiyyətini danır. Daha biz buna nə deyək?  Bizim Zərdüşt Əlizadəyə bir tövsiyəmiz ola bilər…

 

– Hansı tövsiyə?
– Bu məsələlərə çox qarışmasın. Əbülfəz Elçibəyə onların ailəvi münasibətlərinin kökündə əslində siyasi və ideoloji məsələlər deyil, başqa məqamlar durur.  Bu məsələləri çox körükləməsin ki, biz də həmin məqamların üzərinə çox getməyək. Və məsələ burada da qapansın. Əbülfəz Elçibəyin məhkəməsi ilə bağlı stenoqram götürülüb araşdırılarsa, onun üzünə məhkəmələrdə kimlərin durduğu, kimlərin donos yazdığı ortaya çıxar.
– Siz Zərdüşt Əlizadənin atası Məmməd Əlizadənin Elçibəy haqda “KQB”-yə donos yazdığını iddia edirsiniz?
– Bilirsinizmi, məhkəmə sənədləri var. Məhkəmədə çıxışlar, ifadələr var. Elçibəyə münasibətləri məsələsi ancaq siyasi və ideoloji məsələlərdən qaynaqlanmır. Məhkəmə sənədlərində hər şey var. Bu sənədlər qaldırılsa məlum olar ki, o zaman kimin Əbülfəz Elçibəyin həbsində oynadığı rol nədən ibarət olub. Kimlərin də kim olduğu bəlli olar.
– Ancaq mən bildiyim qədər Əbülfəz Elçibəyin Məmməd Əlizadə və Ziniyət Əlizadə ilə tanışlığı, münasibəti olub…
– Yaxın dost münasibətləri olmayıb. Sadəcə olaraq, Əbülfəz bəy universitetdə müəllim işləyib. Həmin vaxt Zərdüşt Əlizadənin valideynləri də universitetdə müəllim olaraq çalışıblar. Yaxın bir münasibətlər olmayıb.
– Zərdüşt Əlizadə sözügedən müsahibəsində Əbülfəz Elçibəyin millətcə kürd olduğunu bəyan edib. Siz uzun illər mərhum Elçibəyin yanında olan bir şəxssiniz. Bu iddianı nə dərəcədə ciddiyə almaq olar?
– Mən 8 il Əbülfəz bəyin köməkçisi olaraq çalışmışam, 4 ildən çox onunla birlikdə Kələkidə qalmışam. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəyin nəsil-şəcərəsi ortadadır, bu haqda mətbuatda,  kitablarda yazılıb. Əbülfəz bəyin ulu babaları Təbrizin yaxınlığında yerləşən Kükəmər kəndindən Qarabağa, Qarabağdan da Zəngəzura – Qafan rayonunun Pirdavdan kəndinə gəliblər. 1918-ci il hadisələri zamanı isə buradan Naxçıvana qaçqın kimi gediblər. Əbülfəz bəy də orada doğulub. Ata-anası isə Pirdavdan kəndində doğulub. Yəni bu kəndlərin əhalisi qədimdən türk milli kimliyi daşıyıb, bu ərazilərdə tarixən türklər yaşayıb. Qafan rayonunda da türklər yaşayıblar. Odur ki, belə iddialar irəli sürmək qərəz və nifrətdən irəli gəlir. Zərdüşt Əlizadənin bir oxşarı da var idi, Nizami Süleymanov. O da 1995-1996-cı illərdə biabırçı kampaniya apardı ki, Əbülfəz Elçibəy yezidi kürdüdür, ermənidir və s. Atılan çamur Əbülfəz Elçibəyə, nə də müsahibədə adı çəkilən digər şəxslərə yapışmaz. Əbülfəz Elçibəylə bağlı deyilən bu kimi əsassız və nifrətdən irəli gələn iddialar rədd edilir. Zərdüşt Əlizadə zəhmət çəkib kimliyini ortaya qoysun. Əslində bu sualı vermək işimiz deyil, amma elə sözlər deyir ki, bu sualı ona verməyə bilmirik.
– Zərdüşt Əlizadə bəyan edib ki, atasının əsli Təbriz yaxınlığındakı Xamnə kəndindəndir…
– Tamam. Məşhur kənddir. Şeyx Məhəmməd Xiyabani, İranın indiki ali dini rəhbəri bu kənddən çıxıb. Əgər Xamnə kəndində bir nəfər desə ki, türk deyil, azərbaycanlıdır, o zaman Əlizadənin sözlərini qəbul edərdim. Ancaq iş ondadır ki, Zərdüşt Əlizadə deyir ki, azərbaycanlıdır. Hansı ki, belə bir millət olmayıb.

 

Previous Post

“Zərdüştün Elçibəyə münasibətinin kökündə başqa məqamlar durur” – Oqtay Qasımovla müsahibə

Next Post

Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev Azərbaycan-Niderland,...

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38

ABŞ Prezidenti Donald Tramp Somalinin "bəlkə də dünyada ən pis ölkə" olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və...

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Next Post

Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Son xəbərlər

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39
Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.