"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Zövq – kriteriya kimi

10 Yanvar 2015 - 01:59
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Adətən ədəbiyyat adamları ortada olan əsərləri dəyərləndirmək məqamında ən çox “zövqlər müxtəlifdir” fikrinə Aydin-Caniyev-tezxeber_1391819220_1393369380-300x152istinad edirlər.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Doğrudanmı, zövqlər müxtəlifdir? Ümumiyyətlə, zövq necə təsnifatlandırılmalıdır?

Öz adımdan kəsin deyim ki, zövq ədəbiyyatda birmənalı şəkildə birmənalıdır! Bütün dünya üçün bir ədəbi zövq var – o zövq ki, kriteriyaları Homeri də, Ezopu da, Kafkanı da, Dostoyevskini də, Markesi də, Əkrəm Əylislini də, Tolstoyu da Lermontovqarışıq qəbul edir!

Zövqün açımına yol tapmaq üçün ilk növbədə bilmək lazımdır: insanın baş (fikir, düşüncə), göz (gözəllik), dil (dad), vücud (can) yaddaşı var.

Zövqün böyük mənada insanlıq üçün psixoloji, zaman və millilik aspektindən yanaşılanda belə ölçüləri yalnız və yalnız ədəbiyyatda üst-üstə düşür, fərdiyyətçiliyə varanda isə təkcə dahilərin seçimləri və istəkləri təqdirəlayiq, ya da ki, tərbiyəvi sayılır. Xalqlar ümumilikdə isə zövqün konstitusiyasını özləri üçün birdəfəlik aydınlaşdırıblar. İstər üzəvari yanaşanda, istərsə də “filosofyana” şəkildə dərinliyə varanda zövq, sadəcə və sadəcə, yaddaşında olandır, ürəyində istədiyindir, əl uzatsan belə çatacaq qədər yaxında olub sığal çəkə bilmədiyindir, özlüyünü bilib də yetmək istədiyinə yetə bilməməyindir! Kİ… onun ifadəsini görəndə bəyənirsən, təqdir, təbliğ edirsən – çünki özün varsan, özlüyünü görürsən.

Zaman baxımından yanaşanda, zövq dediyimiz heç də zövq deyil – dəbdir, geyim-kecim baxımından; mental uyarlıqla yanaşanda da zövq dediyimiz zövq deyil – konyunktura, ya da volyuntarizmdi ki, pafosu ifadə edir (bu gün bəyənilən şüar, tezis, prinsip sabah üçün arxaik nəsnə), zaman davam etdiyindən tələbatlar da dəyişir, sabit qalmır, zövq sabit olandır; milli rakursdan baxsaq, yenə də zövq dediyimiz zövq deyil – toy-yas mərasimindən tutmuş ta geyim-kecim, mətbəx menyüsünə qədər: vərdiş, adət-ənənə, dad, ləzzət, dəbdir, kontinentaldır, bəşəri deyil; psixoloji baxımdan da həmən həməndir – fransız əxlaqıyla türk mentaliteti əks qütbləri təmsil edir, ingilislə çinli bir süfrənin adamı deyil, ərəblə yəhudi fərqli xarakter sərgiləyir!

Amma və lakin ingilis də, ərəb də, türk də, fransız da Leyli-Məcnunu qəbul edir – ad fərqlidir: Cülyetta, Romeo (bildiyiniz adları əlavə edin). Leyliyə Məcnununu ver. Ona fərq etməz ki, evi-eşiyi var, ata-anası razıdır ya yox. Benqal da, kürd də, hind də azadlığını istəyir – azadlığını ver. Əgər azadlıqdan latınamerikalısı Markes yazıbsa da, fərq etməz ərəb, kürd, benqal üçün. İstədiyini, özünün haqqı bilib özünün olmayanı gördü, artıq onu öz zövqü biləcək! 

İngilis də, şotland da, hindli də, türk də azadlığa aparan mübarizəni təqdir edir, bu yaşamın doğurduğu duyğunu ifadə edən bütün əsərləri qəbul edir – hamının içində azadlıq istəyi var: dünyaya azad gəlib; hamının gözündə gözəllik yaddaşı var – azad həyat yaşayan insan üçün hər şey gözəldir; hamının nəfsi var və nəfs komfortu ləzzət-dad bilir.

İngilis də, ərəb də, türk də, alman da azadlığı, sevgini, əmin-amanlığı İlahidən olan yaddaşından daşıyır. Kim (hansı xalq nəyi istəyibsə) nəyi itiribsə, nəyi özünün bilib, özünün olmayıb, onu görəndə tərpənir. Ədəbi əsərlər haqqında tez-tez işlədilən “adamın içini tərpədir” ifadəsinin mahiyyəti budur.

Baş, göz, dil, vücud yaddaşı birləşdisə, o halda duyğular zövqə çevrilir! Mədə ürəyə, ürək dilə, dil başa bir yol göstərdisə müqəddəsliyə doğru yol alırsan.

Göstərsin bir kimsə ki, Vətən, müstəqillik, ailə və sevgi kompleksindən ayrı müqəddəs nəsnə ifadə olunub Homerdən bəri!

Yoxdur!

Ola bilməz!

Zövq bütün Yaranışlar üçün İlahidən belə təyinlənib!Onu bu istiqamətə kökləndirən isə həmin o baş, göz, dil, vücud yaddaşıdır!

Bütün digər hallarda, ayrı-ayrı prizmalardan yanaşanda, yaddaşlarda olan zövqün ülviliyi, müqəddəsliyi ifadə edən çaları əlahiddə – maddiyyata və vizuallığa hesablanan cismani gözəlliyin parametral təzahürünə, konyunkturadan doğan dəbə, ləzzətə qurban gedir. Müxtəlifliyə “haqq” qazandırmaq şansı da buradan qaynaqlanır. Rəngarənglik isə müxtəliflikdə müxtəlifliyin inikası deyil, əksinə, xaotikliyin, anarxizmin palitrasıdır!

Odur ki, istənilən əsəri oxuyanda, mahnıya qulaq asanda, kinoya-tamaşaya baxanda, özünün istəyi olub, özünün olmayanın ifadəsinə şahid olursansa, qeyri-iradi təhtəlşüurun fəaliyyətə keçir.

Zövq həm də xarakterin ifadəsidir. Xarizmalar – bəşərə nümunə xarakterlər təbliğ olunur. Ad sadalamaq istəmirəm əcnəbilərdən. İkicə misal gətirirəm.

Atatürk Türkiyənin ən ağır vaxtlarında Türkiyəni yıxılmağa qoymayıb da ayaq üstə saxlayanda həftənin hər gününə (xüsusi vurğulayıram – hər gününə) bir forma tapıb geyinirdi. Türkiyəyə müxtəlifliyin gözəlliyini nümayiş etdirirdi – düşüncə və təfəkkür genişliyi, rəngarənglik və seçkinlik rəmzləri sərgiləyirdi, “no-o”, buxara papağı dəyişmədən: özün ol, hamını heyrətləndir! Atatürkün etdiyi sıçrayış o qədər əngin idi ki, hələ də Türkiyə o boyda “razvorot”luq meydanı tuta bilməyib! Necə deyərlər, istedadlılar nəyi bacarırlarsa, onu edirlər, dahilər nə lazımdırsa, onu.

Atatürk Türkiyəyə lazım olanı etdi – bu gün də Türkiyə dövlətinin rəhbərləri lazım olanı etməklə məşğuldurlar.

Zövq budur!

Heydər Əliyev. Bu yaxınlarda telekanalların hansındasa Onun haqqındakı verilişlərin birində ailə üzvləri tərəfindən belə bir fikir səsləndi ki, hər dəfə gəzintidən qayıdanda soruşardı: mənə qalstuk aldınız?

Qalstuk birxətliliyin, tutduğun yolu axıracan getməyin, sabitliyin ifadəsidir. Nəticə təhlükəlidirsə belə, tutduğun, düz bildiyin yoldan dönmə, döndüyünə dönmə, sabit ol, axıra qədər irəlilə.

Zövq və onun ifadəsi budur.

Ədəbi, siyasi, ictimai, iqtisadi, sosial, humanitar çalarlarının hamısında birmənalıdır zövq.

“Zövqlər müxtəlifdir” – bu fikir o xalqlar üçün dəstavuzdur ki, onlar nə istədiklərini, nəyi olub, nəyi itirdiklərini, nəyi özlərinin bildiklərini hələ də müəyyənləşdirməyiblər!

“Zövqlər müxtəlifdir” – o adamların fikridir ki, onların hələ də müəyyən etdiyi və axıracan gedə biləcəyi güclü fikirləri yoxdur!

Zövqlər müxtəlif ola bilməz – ruscadan (ingiliscədən, fransızcadan, ərəbcədən) səhv tərcümə olunub.

Zövq İlahi ayırımdır – İlahi müqəddəsliklərdən anlayışı olanlar üçün zövq birmənalı şəkildə birmənalıdır!(Aktual.az)

Previous Post

Bürclər (10 yanvar)

Next Post

Avropa liderləri Parisdə

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Avropa liderləri Parisdə

Avropa liderləri Parisdə

Son xəbərlər

“ChatGPT” və “Roblox” avqustda Avropa İttifaqının xüsusilə sərt nəzarətinə düşəcək

“ChatGPT” və “Roblox” avqustda Avropa İttifaqının xüsusilə sərt nəzarətinə düşəcək

30 İyul 2026 - 18:34
Bakı Qızlar Universitetinin tələbələri digər ali təhsil müəssisələrinə köçürüləcək

Bakı Qızlar Universitetinin tələbələri digər ali təhsil müəssisələrinə köçürüləcək

30 İyul 2026 - 18:22
Azərbaycanda bu universitetin fəaliyyəti dayandırıldı

Azərbaycanda bu universitetin fəaliyyəti dayandırıldı

30 İyul 2026 - 18:14
Latviya DİN-i vətəndaşlarına Belarusiyaya getməməyi tövsiyə edib

Latviya DİN-i vətəndaşlarına Belarusiyaya getməməyi tövsiyə edib

30 İyul 2026 - 17:59
Pakistan Qətər qazının təhlükəsiz keçidi üçün İranla razılığa gəlib

Pakistan Qətər qazının təhlükəsiz keçidi üçün İranla razılığa gəlib

30 İyul 2026 - 17:48
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirildi

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirildi

30 İyul 2026 - 17:45
Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

30 İyul 2026 - 17:37
AZAL Qarsa uçuşlara başlayıb

AZAL Qarsa uçuşlara başlayıb

30 İyul 2026 - 17:25
Kosmonavt Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavt Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

30 İyul 2026 - 17:16
Hindistan Modinin paylaşımını silən “Meta” rəhbərliyini izahat üçün çağırdı

Hindistan Modinin paylaşımını silən “Meta” rəhbərliyini izahat üçün çağırdı

30 İyul 2026 - 17:09
Ölüm yalnız onu gizlədə bildi!

Ölüm yalnız onu gizlədə bildi!

30 İyul 2026 - 17:04
Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

30 İyul 2026 - 16:58
Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

30 İyul 2026 - 16:46
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39
İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.