Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək

🗓 03.04.2024 14:48 ✍️ "Elçi" qəzeti
Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək

Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək. Elchi.az xəbər verir ki, bu, iyunun 8-də Serbiya ilə keçiriləcək yoldaşlıq görüşünə təsadüf edəcək. “Friends Arena”da baş tutacaq qarşılaşmada İbrahimoviç sonuncu dəfə yığmanın formasını geyinəcək. 42 yaşlı hücumçu 2023-cü ilin yayında dizindəki zədə səbəbindən karyerasını başa vurduğunu açıqlayıb. Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç yığmasında keçirdiyi 122 oyunda 62 qol vurub.

Bənzər yazılar