Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə məlumat verilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün Telegram kanalında məlumat verib.
Ukraynanı danışıqlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSMC) katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin (SQQ) Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.
“Biz ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə məhsuldar işlədik və indi bir neçə sənədin layihələri əlimizdədir”, – deyə o yazıb.
Zelenski Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər aldığını vurğulayıb.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı Rusiya və Ukraynanın iştirakı ilə münaqişənin həlli ilə bağlı danışıqların normal şəkildə davam etdiyini bildirib.
ABŞ vitse-prezidenti J.D. Vance ərazi güzəşti məsələsinin Ukraynadakı münaqişənin həlli üçün danışıqlar prosesini əhəmiyyətli dərəcədə ləngitdiyini qeyd edib.
Məryəm





















