Zelenskinin sülh üçün – 10 şərti

41

Sülhün Ukrayna formulu var: Ukrayna, Avropa və dünya üçün sülh. Mən G20 sammitində iştirak etdim, belə həll yolları üçün təkliflər verdim – konkret və dürüst.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalından yazıb.
Qeyd edək ki, Zelenskinin təklifləri 10 bənddən ibarətdir: radiasiya və nüvə təhlükəsizliyi, ərzaq və enerji təhlükəsizliyi, bütün məhbusların azad edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması, hərbi əməliyyatların dayandırılması, ədalətin bərpa edilməsi, ekosidlə mübarizə, eskalasiyanın qarşısını almaq və müharibənin sonunu müəyyənləşdirmək.