Müvafiq əmri idarənin aparat rəhbəri imzalayıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Aleksey Aretoviçin aparat rəhbərinin müşaviri vəzifəsindən istefasını qəbul edib.
“Ukrayna Pravda” nəşrinin Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforova istinadən verdiyi məlumata görə, “prezidentin aparatı Aretoviçi ştatdankənar müşavir vəzifəsindən azad edib”. Bu barədə müvafiq əmri ofisin aparat rəhbəri Mariya Vituşok imzalayıb.
Şayəstə