Yaxın Şərqdəki müharibənin arxasında Rusiya dayanır.
Elchi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski mətbuat konfransında bildirib.
“Rusiya döyüş meydanında uğur qazanmayıb, ancaq arxasında durduğu Yaxın Şərqdəki müharibə ilə bağlı diplomatik yolda uğur qazanıb. Bu faktdır”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, İsrail-Fələstin münaqişəsi Qərbin Ukraynaya yardımına təsir edir, çünki onlar indi ilk növbədə kimin yardım edəcəyi barədə daim tərəddüd edirlər.
O, həmçinin İsrailə gəlməyə hazır olduğunu, lakin ölkə hakimiyyətinin “başqa prioritetlərinin olduğunu” söylədi. Zelenskinin sözlərinə görə, “Ukrayna və Qəzza zolağındakı münaqişəni müqayisə etmək mümkün deyil, çünki birincisi Kiyevdə Rusiya ərazisində terror aktları ilə başlamadı”.
Nuranə Məmmədova