Yaxın Şərqdəki eskalasiya Ukrayna prezidenti Volodimir Zelenskini də narahat edir. O, qorxur ki, Qərbin Kiyevə diqqəti indi zəifləyə bilər.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
“Dünya ictimaiyyətinin Ukraynaya diqqəti azala bilər”, – deyə Zelenski Fransanın “France 2” telekanalına müsahibəsində deyib.
Ukrayna prezidenti qeyd edib ki, bunun ölkə üçün nəticələri olacaq. Onun sözlərinə görə, Kiyevə yardım dayandırılarsa, zaman Rusiyanın tərəfində olacaq. Eyni zamanda Zelenski ABŞ-ın Kiyevə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Yeganə