Xüsusi rejimin müddəti dəqiqləşdirilməyib.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.
Bu barədə bazar ertəsi, 2023-cü il fevralın 6-da Ukrayna parlamentinin saytında məlumat verilib.
Xüsusi rejimin hansı müddətə uzadıldığı dəqiqləşdirilməyib. Sonuncu dəfə 90 gün idi.
Xatırladaq ki, Ali Radanın deputatı Yaroslav Jeleznyak ötən həftə Ukraynada hərbi vəziyyət və səfərbərlik müddətinin yaxın vaxtlarda yenidən uzadılacağını bildirmişdi. Onun sözlərinə görə, uzadılma 2023-cü il fevralın 19-dan sonra qüvvəyə minəcək və ehtimal ki, daha 90 gün davam edəcək.
Ukraynada hərbi vəziyyət fevralın 24-də Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı başladıqdan sonra tətbiq edilib və martın 26-dan daha bir ay uzadılıb. Gələcəkdə xüsusi rejimin müddəti bir neçə dəfə uzadılıb.
Şayəstə