Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Litvinenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi təyin edib.
Elchi.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında sərəncam dərc olunub.
“Aleksandr Valerieviç Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin”, – sənədin mətnində deyilir.
Qeyd edək ki, Litvinenko 2021-ci il iyulun 23-dən Ukrayna Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir.
Bundan əvvəl məlum olub ki, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilovu vəzifəsindən azad edib. O, 2019-cu ilin oktyabr ayından bu vəzifəni icra edir. Siyasətçinin yeni təyinatı açıqlanmayıb.
Havar Şəfiyeva