Rusiya, Ukrayna və ABŞ arasında danışıqların növbəti mərhələsi bu həftə keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında məlumat verib.
“Mən gələcək diplomatik iş üçün çərçivəni müəyyən etmişəm. Bu həftə yeni üçtərəfli görüşlərə hazırlaşırıq”, – deyə o yazıb.
Onun sözlərinə görə, BƏƏ-də keçirilən görüşdə tərəflər münaqişəyə son qoymaq üçün zəruri olan bir sıra vacib məsələləri, xüsusən də hərbi məsələləri müzakirə ediblər.
Məryəm





















