Elchi.az BBC News-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Romaya səfər edib. Zelenski İtaliya paytaxtına enərkən tvit yazıb. Ukraynanın qələbəsinə yaxınlaşmaq üçün vacib səfər!”
Zelenski İtaliyanın baş naziri Giorgia Meloni, prezident Sergio Mattarella ilə görüşəcək və Papa Fransisklə auditoriya keçirəcək.
1000-dən çox polisin yerləşdirildiyi və Roma üzərində uçuşa qadağa qoyulduğu böyük təhlükəsizlik əməliyyatı başladılıb.
Roma Papası Fransisk tez-tez Vatikanın Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Bu ayın əvvəlində o, Vatikanın müharibəni sona çatdırmaq üçün sülh planı üzərində işlədiyini bəyan edərək, missiyanın “hələ açıq olmadığını” söyləyib.
Prezident Zelenski və Papa Fransisk Rusiyanın Ukraynanı işğal etməsindən sonra ilk dəfə görüşəcəklər.
Səfər Rusiyanın bir gecədə Kiyev və Ukraynanın digər şəhərlərinə yeni hava zərbələri dalğası həyata keçirməsindən sonraya təsadüf edib.
Nuranə Məmmədova