Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi Rusiyanın Ukrayna ərazilərini zəbt etməsinin leqallaşdırılması üçün istifadə oluna bilər.
xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib.
O bildirib: “Mənim fikrimcə, Qrenlandiya ilə bağlı məsələ elə spesifik bir hekayədir ki, sabah bundan istifadə edərək bizim ərazilərimizi əlimizdən ala və bunu de-yure tanıya bilərlər. Buna bu cür də baxmaq lazımdır”.
Zelenski həmçinin Avropa ölkələrini Qrenlandiyaya məhdud sayda hərbi kontingent göndərdiklərinə görə tənqid edərək, bunu anlaşılmaz bir siqnal adlandırıb.
Məryəm





















