Ukrayna Prezidenti Vladimir Zelenski onun Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin ünvanına səsləndirdiyi sözlərini “qeyri-sağlam sarkazm” adlandıran Londondakı səfir Vadim Pristaykonu istefaya göndərib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti fərman imzalayıb.
Qeyd edək ki, Uolles Ukraynanı Qərbin hərbi köməyinə görə daha çox minnətdar olmağa çağırmışdı. Buna cavab olaraq Zelenski qeyd etmişdi ki, hər səhər hərbi yardıma görə nazirə təşəkkür edə bilər.
Pristayko isə öz növbəsində vurğulamışdı ki, Ukrayna ilə NATO arasında olan fikir ayrılıqlarını sarkazm vasitəsilə “ruslara göstərməyə” dəyməz.
Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla münaqişənin noyabr ayındakı aralıq seçkilərdən əvvəl başa çatacağını və ya həmin vaxta...





















Son şərhlər