Sərəncamda deyilir ki, bu, “Ukrayna xalqının avropalı kimliyini dərk etməsi” ilə əlaqədar yaradılıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hər il mayın 9-da qeyd olunacaq Avropa Gününün təsis edilməsi haqqında fərman imzalayıb.
“Ukraynada hər il mayın 9-da Avropa İttifaqı dövlətləri ilə birlikdə qeyd olunan Avropa Gününün təsis edilməsi”, Ukrayna Prezidentinin İşlər İdarəsinin saytında dərc olunan sənəddə deyilir.
Sərəncamda qeyd olunduğu kimi, respublikada “Ukrayna xalqının avropalı kimliyinin dərk edilməsi” ilə əlaqədar və “Avropa xalqlarının birliyinin möhkəmləndirilməsi, sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi məqsədi ilə respublikada Avropa Günü təsis edilib”.
Bundan əlavə, Zelenski özünün Telegram kanalında mayın 8-də Anım və İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə Gününü qeyd etməyi təklif etdiyi videomüraciət yayıb.
Şayəstə Hüseynova