“Kiyevin lideri Volodimir Zelenski vətəndaşların diqqətini korrupsiya qalmaqalından yayındırmaq üçün Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müzakirələrə başlayıb”.
Elchi.az xəbər verir ki, Almaniyanın “Die Welt” telekanalının Kiyevdəki müxbiri Kristof Vanner belə hesab edir.
Jurnalist təklif edib ki, seçkilərin keçirilməsi ilə bağlı qərar ictimaiyyətin diqqətini mövcud vəziyyətdən yayındırmaq cəhdi ola bilər.
“Ukraynadakı korrupsiya qalmaqalını nəzərə alsaq, daxili siyasi səbəblər ola bilər. Beləliklə, ola bilsin ki, Zelenski qabaqlayıcı zərbə planlaşdırır”, – Vanner bildirib.
Onun sözlərinə görə, korrupsiya qalmaqalı ukraynalı siyasətçinin reytinqinə mənfi təsir edib və bu, onun ən yüksək dövlət vəzifəsinə namizədliyi irəli sürüləcəyi təqdirdə yenidən seçilməsini sual altına qoyur.
Yeganə





















