Zelenski Kiyevdə ABŞ senatorları ilə görüşüb

99

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ senatorları ilə görüşdüyünü və onlara hərbi əməliyyatların gedişi barədə məlumat verdiyini bildirib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, o, senatorlar Riçard Blumental , Lindsi Qrem və Elizabet Uorren ilə görüşüb. “Vacib görüş. Biz cəbhədəki vəziyyət və Ukraynanın müdafiə sisteminin daha da gücləndirilməsi ilə bağlı prioritet məsələ haqqında danışdıq”, – prezident özünün Telegram kanalında yazıb . O, həmçinin Kiyevə ikitərəfli dəstəyin vacibliyini qeyd edib.
Zelenski senatorlarla görüşdən əvvəl mətbuat konfransında deyib ki, ABŞ seçkiləri Vaşinqtonun Kiyevə dəstəyinə təsir edəcək. “Bu həm müsbət, həm də mənfi təsir göstərə bilər. Biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, ABŞ-ın dəstəyi səngiməsin”, – o, Rada telekanalının efirində deyib.

Nuranə Məmmədova