Ukrayna lideri Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı arasında münaqişə itirilmiş ərazilər və ordunun imkanları üstündə baş verib. Elchi.az xəbər verir ki, münaqişənin səbəblərini “NTV” telekanalına müsahibəsində Bundesverin istefada olan polkovniki və hərbi ekspert Volfqanq Rixter açıqlayıb.
“Zelenskinin ritorikası itirilmiş ərazilərin qaytarılmasına və 1991-ci il sərhədlərinə qayıtmağa yönəlib. Zalujnı bunu tam illüziya hesab edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Zalujnı ayıq şəkildə Ukrayna Silahlı Qüvvələrinin hərbi imkanlarını qiymətləndirib və müdafiəyə keçmək əmrini verib. Rixter qeyd edib ki, Zelenski məhz bu səbəbdən hərbi rəhbərlikdə dəyişikliklər barədə düşünür.
Havar Şəfiyeva