“Ənsar Allah” şiə hərəkatının nümayəndələri Yəmənin Hudeydə limanından 105 kilometr qərbdə ticarət gəmisinə hücum edib, gəmiyə ciddi ziyan dəyib, itki yoxdur. Elchi.az xəbər verir ki, bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi sosial şəbəkədə “X” -də məlumat yayıb.
“”UKMTO” Yəmənin Hudeyda şəhərindən 57 dəniz mili qərbində insident barədə məlumat alıb. Gəmi və ekipaj əvvəlcədən təyin olunmuş kursu izləməyə davam edir”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Husilərin yerüstü pilotsuz təyyarələrini hədəf alaraq Yəmənə yeni hücuma keçdiyini açıqlamışdı.
Havar Şəfiyeva