“Ukraynadakı müharibə bizim istədiyimiz qədər tez bitməyəcək. Çünki bu, kino deyil, arxasında ukraynalıların, əsgərlərin həyatı dayanan və vaxt aparan gündəlik zəhmətdir”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidentu Volodimir Zelenski “Fox Corporation”-ın baş direktoru Laklan Merdok və “Fox News” jurnalistləri ilə görüşündə bildirib.
“İnsanlar nədənsə buna (müharibəyə) kino kimi yanaşır və gözləyirlər ki, hadisələrdə uzun fasilələr olmayacaq, onların gözləri qarşısında mənzərə həmişə dəyişəcək, hər gün sürprizlər olacaq”.
Lakin prezidentin sözlərinə görə, ukraynalılar və ukraynalı əsgərlər üçün müharibə film deyil: “Bu, bizim həyatımızdır, gündəlik ağır işdir. Başa çatdırmaq üçün vaxt lazımdır.
Hər şey istədiyimiz qədər tez bitməyəcək, lakin bizim təslim olmağa haqqımız yoxdur və bunu etməyəcəyik”, – deyə Zelenski bildirib.
Yeganə