Vətənində həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər gün işgəncələrə məruz qalır və onu öldürmək istəyirlər.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avstriyanın rəhbəri Aleksandr Van der Bellenlə birgə mətbuat konfransı zamanı deyib.
Zelenski eyni zamanda Ukrayna vətəndaşı olan Saakaşvilinin həbsinin səbəbini müzakirə etmədiyini vurğulayıb və əlavə edib ki, bu, Gürcüstanın daxili məsələsidir.
Zelenskinin ofisinin rəhbəri Andrey Yermak öz növbəsində bildirib ki, Kiyev Ukrayna vətəndaşı Saakaşvilinin qanunsuz həbsini pisləyir və onun saxlanma şəraitini dəhşətli hesab edir. Bundan əlavə, o, Gürcüstanın eks-prezidentinin müalicəyə ehtiyacı olduğu, ona görə də Ukraynaya qaytarılmalı olduğu fikrini bildirib.
Xatırladaq ki, Saakaşvili səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı vəsatətlə bağlı məhkəmə iclası zamanı ingilis dilində Ukrayna yazısı olan köynək geyinmiş və ölümündən sonra Ukraynada dəfn olunmaq istədiyini bildirib.
Bu arada Gürcüstanın ədliyyə naziri Rati Breqadze Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasının direktoruna istinad edərək bildirib ki, xəstənin reanimasiya şöbəsinə köçürülməsi üçün heç bir səbəb yoxdur. Breqadze əlavə edib ki, Saakaşvilinin fizioloji göstəriciləri normal həddə qalır.
Yeganə
Həmçinin oxuyun:
Saakaşvili vəsiyyətini etdi: “Kiyevdə dəfn edilim, ürəyim…” – Klinikadan SON FOTOLARI