Təbrizin “Traktor” klubunun üzvləri zəlzələdən zərər çəkmiş vətəndaşlara yardım etmək və onlarla həmrəy olduqlarını bildirmək üçün Xoy şəhərinə gedəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə “Traktor”un kapitanı Mehdi Kiyani məlumat verib.
Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 3,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.
Azərbaycanın U-17 millisi Belarusa uduzub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ilk oyununu keçirib. Elchi.az ...