Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” boru kəmərində təmir işlərinin başa çatmaq üzrə olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Aİ Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ünvanladığı məktubda Zelenski bildirib ki, “Rusiyanın növbəti hücumları olmayacağı təqdirdə” nasos stansiyası bir ay yarım ərzində bərpa olunacaq.
Ukrayna prezidenti, həmçinin neft kəməri vasitəsilə neftin daşınmasına maneçilik törədilməsi ilə bağlı Ukraynaya qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.
Yanvarın sonundan etibarən “Drujba” kəməri vasitəsilə Macarıstan və Slovakiyaya Rusiya neftinin tədarükü dayandırılıb. Kiyev bildirir ki, kəmər Rusiyanın Ukraynanın qərbindəki avadanlıqlara endirdiyi zərbə nəticəsində zədələnib; Slovakiya və Macarıstan isə gecikmələrə görə Ukrayna tərəfini günahlandırır.
Məryəm





















