Zelenski: “Çexiyanın dəstəyi vacibdir”

66

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya qarşı mübarizədə Çexiyanın dəstəyi Ukrayna üçün vacibdir.

Elchi.az xəbər verir ki, Zelenski “Twitter” hesabından verdiyi açıqlamada Çexiya prezidenti Petr Pavel ilə telefon danışığı apardığını və onu rəsmi andiçmə mərasimi münasibətilə təbrik etdiyini deyib.

P.Pavelə cəbhədəki vəziyyət və Ukraynanın təhlükəsizlik ehtiyacları barədə məlumat verdiyini deyən Zelenski, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsini də müzakirə etdiklərini qeyd edib.

Çexiya prezidenti ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərinə diqqət çəkən Zelenski bildirib ki, Rusiya təcavüzü ilə mübarizədə Ukrayna üçün Çexiyanın dəstəyi vacibdir.

Yeganə