Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Qərb bürokratik prosedurlarla Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini gecikdirir. O, xatırladıb ki, Qərb liderləri Kiyevə NATO-ya qoşulmağa alternativ olaraq belə təminat təklif ediblər.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
“Bizim həqiqətən təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var. Bu barədə danışırıq, planımız var. Təbii ki, ən yaxşı təminat NATO-ya daxil olmaqdır”.
Zelenskinin fikrincə, Avropa rəsmiləri təhlükəsizlik zəmanəti ilə bağlı qərar verməmişdən əvvəl Ukrayna Şimali Atlantika blokuna düşə bilər: “Onlar yavaş-yavaş qərar qəbul edirlər, bu, bürokratiyadır”.
Zelenski Kiyevin artıq NATO tərəfdaşlarından silah aldığını xatırladıb və ölkəsinin Alyansa qoşulacağına əmin olduğunu bildirib.
Yeganə