Tehranda İran və Rusiya gömrük nümayəndə heyətləri iki ölkənin gömrük idarələri arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Elchi.az bu barədə İranın “Mehr” Agentliyinə istinadən xəbər verir.
İran və Rusiya gömrükləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun icrasına uyğun olaraq, təhsil, elm və xüsusi gömrük və ticarət potensialından istifadə vasitələri ilə bağlı ilk iclas İranda keçirilib. Həmin görüşdə hər iki tərəfdən vurğulanıb ki, İran və Rusiya gömrükləri akademik təhsillə bağlı bilik, bacarıq, təcrübə və imkanlardan yararlanmalıdır.
İki gün davam edən görüşün yekunu olaraq Rusiya Federal Gömrük Xidməti ilə İran Gömrük İdarəsi arasında saziş imzalanıb.
Yeganə