Zelenski bu şəhərlərə “xilaskar” statusu verdi

34

Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüs, Polşanın Rzeszov, Przemysl, Çexiyanın paytaxtı Praqa şəhərinə “xilaskar şəhər” statusu verib.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, adları çəkilən şəhərlərə Ukrayna vətəndaşlarına göstərdiyi yardıma və ölkəyə verdiyi dəstəyə görə xüsusi status verilib.