Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) və BMT-ni Kaxovka SES ətrafında vəziyyətlə bağlı Ukraynanın sorğularına cavab vermək istəməməkdə ittiham edib.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, Zelenski bu barədə “Bild” qəzetinə müsahibəsində bildirib.
“Biz heç bir cavab almamışıq. Mən şokdayam”,-deyə Zelenski qeyd edib.
O, qeyd edib ki, hər iki beynəlxalq təşkilat artıq bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər, lakin özlərini həddən artıq diplomatik ifadə ediblər.
Zelenski həmçinin BMT və BQXK-nı fəaliyyətsizlikdə günahlandıraraq, hələ də Xerson bölgəsindəki daşqın sahələrinə nümayəndə göndərmədiklərini söyləyib.
Yeganə