Həkimlər Roma Papası Fransisk üzərində cərrahi əməliyyat keçiriblər.
Elchi.az Smotrim.ru-ya istinadən bildirir ki, bu barədə “RaiNews24” xəbər kanalı məlumat yayıb.
Çərşənbə günü, iyunun 7-də Vatikanın mətbuat xidməti xəbər verib ki, Papa ümumi auditoriyadan sonra klinikaya gedib. Orada o, laparotomiya və protezlərlə qarın divarının plastik əməliyyatından keçib.
Vatikanın mətbuat xidməti 3 saat davam edən əməliyyatın fəsadsız keçdiyini bildirib.
Yeganə