Ukrayna prezidenti Vladimir Zelenski kəskin şəkildə Qərb ölkələrinə respublikanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək tələbi ilə müraciət edib.
Elchi.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” yazır.
Onun fikrincə, Avropadakı siyasətçilərin hələ də növbəti addımları barədə düşünmələri qətiyyən qəbuledilməzdir, baxmayaraq ki, əslində münaqişə zonasında vəziyyəti dəyişmək üçün bir neçə siyasi qərar qəbul edilməlidir.
Yeni hava hücumundan müdafiə sistemi, Zelenskinin fikrincə , döyüş bölgəsindəki vəziyyəti dəyişə bilər.
Nuranə Məmmədova