Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin Xarici İşlər Nazirliyinə Ekvadorla diplomatik münasibətləri kəsməyi tapşırıb.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident “X” sosial şəbəkəsində yazıb.
“Mən Xarici İşlər Nazirliyinin rəhbərinə… Meksika hökuməti ilə Ekvador arasında diplomatik münasibətlərin dayandırıldığını elan etməyi tapşırmışam”,-deyə bildirib.
Bu addımın səbəbi Ekvador polisinin zorla Meksika səfirliyinə girərək “qaçqın olan və üzləşdiyi təqiblər və ittihamlara görə sığınacaq istəyən” Ekvadorun keçmiş vitse-prezidentini saxlaması olub.
Lopez Obrador hadisəni beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması adlandırıb.
Nuranə Məmmədova