“Belarusun Ukraynada xüsusi hərbi əməliyyata qoşulması ehtimalı çox aşağıdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Eyni zamanda, Zelenski etiraf edib ki, Belarus öz aerodromlarından və digər infrastrukturlarından rus qoşunlarının hərəkətləri üçün istifadə edə bilər. Zelenski hesab edir ki, Belarus hərbi qulluqçuları münaqişəyə cəlb edilməyəcək.
Qeyd edək ki, bundan əvvəl, Belarus prezidenti Aleksandr Lukaşenkonun özü Belarus qoşunlarının xüsusi əməliyyatda iştirakının mümkünlüyünü təkzib etmişdi. Belarus dövlətinin başçısı bildirib ki, buna ehtiyac yoxdur.
Yeganə