Ukrayna prezidenti Volodimir Zelenski özünün Teleqram kanalında bildirib ki, Belarusun işğal təhlükəsi yoxdur.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
“Kəşfiyyat məlumatlarını və görülən tədbirləri nəzərə alsaq, Belarusun işğalı təhlükəsi yoxdur. Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Budanovun hesabatı”, – deyə Zelenski yazıb.
Xatırladaq ki, bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya Belarus istiqamətini gücləndirməyi tapşırmışdı. Polşa prezidenti Anjey Duda da bəyan edib ki, Varşava “Vaqner” qruplaşmasının qırıcılarının bu ölkədə yerləşdirilməsi ilə əlaqədar Belarusla sərhədi daha da möhkəmləndirməyə hazırdır.
Yeganə