Ukrayna prezidenti Volodimir Zelenski Odessada WSJ-yə verdiyi müsahibədə Kiyevə daha çox silah verilə bilməməsindən məyus olduğunu bildirib.
Elchi.az bu barədə Mk.ru–ya istinadən xəbər verir.
O, eyni zamanda qeyd edib ki, ölkə əbədi olaraq gözləyə bilməz və Ukraynanın əks-hücum etməyə hazır olduğunu bildirib.
Zelenski ABŞ prezidenti Co Baydenin Ukraynaya emosional bağlılığı olduğunu da bildirib. Onun sözlərinə görə, başqa administrasiya dövründə (məsələn, Donald Trampın dövründə) vəziyyət dəyişə bilər.
O, əks-hücum etməyə hazır olmasından danışaraq, bunun bir qədər vaxt apara biləcəyini və ölkəsinə baha başa gəldiyini xəbərdar edib.
Yeganə