Ukrayna və Almaniya arasında hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü də daxil olmaqla, 10 saziş imzalanıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mers ilə keçirdiyi və Ukrayna liderinin ofisi tərəfindən yayımlanan brifinqdə məlumat verib.
“Artıq imzalanmış 10 sənədimiz, müxtəlif səviyyəli 10 razılaşma və sazişimiz var”, — deyə o bildirib.
Zelenski vurğulayıb ki, əsas razılaşmalardan biri hava hücumundan müdafiə sahəsinə aiddir. Söhbət PAC 2 raketlərindən və IRIS-T sistemləri üçün buraxılış qurğularından gedir.
Ukrayna lideri əlavə edib ki, o, Berlinə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və satışı üzrə ikitərəfli saziş bağlamağı da təklif edib.
Şayəstə





















