Cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski Belçikanın və Avropa İttifaqının (Aİ) paytaxtı Brüsselə səfər etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Belçikanın Belqa agentliyi məlumat yayıb.
Brüsseldə Ukrayna lideri Aİ liderlərinin qarşıdan gələn sammitində iştirak edəcək. Fevralın 9-10-da Belçika paytaxtında keçiriləcək və Avropa dövlətlərinin prezidentləri və hökumət başçıları bir araya gələcək.
Zelenskinin Belçika paytaxtında qalmasının konkret proqramı məxfi saxlanılır, çünki Ukrayna xüsusi xidmət orqanları Kiyev rejimi başçısının təhlükəsizliyindən narahatdır.
Yeganə