Gürcü Pravoslav Kilsəsinin ruhaniləri möhlət hüququndan məhrum ediləcəklər.
Elchi.az “Грузия Online” nəşrinə istinadən xəbər verir ki, bu qadağa Gürcüstan hökumətinin parlamentə təqdim etdiyi “Müdafiə Məcəlləsi”ndə nəzərdə tutulub.
“Ölkənin geosiyasi mövqeyi və daimi müdafiə prinsipi nəzərə alınaraq yeni ehtiyat qüvvələr sistemi tətbiq edilir. Bu sistemin mühüm amillərindən biri hərbi hazırlığa və xüsusi qeyri-hərbi bacarıqlara malik şəxslərdən ehtiyatda olan hərbi qulluqçuların cəlb edilməsidir ki, bu da xüsusilə böhran vəziyyətlərində ehtiyatda olanların idarə olunması prosesini təkmilləşdirəcək”, – deyə qanun layihəsində qeyd olunur.
Yeganə